Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Xüsusi Təyinatlı Elşən Təvəkgül oğlu Mehbalıyevin bu gün Cənnətdəki üçüncü doğum günüdür.
Elşən Mehbalıyevin bu gün 29 yaşı tamam olur .
Etikxeber.az xəbər verir ki, Elşən Mehbalıyev 1994-ci ilin iyul ayının 23-də Bərdənin Otuzikilər kəndində-sadə bir ailədə dünyaya gəlib.
O, ailənin iki oğlan övladından biri idi.
Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.
Əsgərliyini başa vurduqdan sonra həyatını yenidən Ordu, hərb ilə bağlayıb.
Azərbaycan Ordusunun Kiçik giziri, Xüsusi Təyinatlı olub.
İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib və noyabr ayında Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi noyabrın 22-də Otuzikilər kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
O, həm də nişanlı olub.
Şəhidin qardaşı Elnur Mehbalıyev də hərbçidir.
O da İkinci Vətən Müharibəsində iştirak edib, bir neçə medal və “Azərbaycan Bayrağı” orden ilə təltif olunub.
***
Cənnətdəki üçüncü doğum günü, 29 yaşının tamam olması ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, ailəsinə Allahdan səbr arzulanıb.
Sonra Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı ailəsinin yaşadığı evdə-ata ocağında mərasim keçirilib, adına ehsan verilib.
Mərasimdə bir daha ruhuna dualar edilib, bir daha Cənnətəki üçüncü doğum günü təbrik olunub.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə ailə üzvləri, yaxınları, Bərdədən və digər bölgələrdən olan Şəhid ailələri və başqa şəxslər iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
13:36
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU
Etikxeber.az