İki qohum-iki Şəhid…9 ayın əsgəri Rza, martın 8-də dünyaya gələn və oktyabrın 8-də Şəhid olan Müşfiq… Və 6 il öncə faciəli şəkildə dünyasını dəyişən-İKİ ÖVLAD ATASI – 32 YAŞLI ŞƏRQİN… – FOTO-VİDEO

Bu gün-səhər saatlarında yenə Şamaxıya, yenə Göylər kəndinə getmişdim…

Və düz 9 ay yarım öncə Şamaxıda, Göylərdə olmuşdum…

Noyabr ayında İkinci Vətən Müharibəsi Şəhidi, evin tək oğlu, iki bacının tək qardaşı, Əsgər Rza Əsgər (Xanbaba) oğlunun 40 mərasimində iştirak etmişdim…

Bu gün yenə Rzagildə, Şəhidimizin ata-baba ocağında idim…

Valideynləri, ailə üzvləri, əmisinin ailəsi və digər qohumları ilə görüşdüm, söhbətləşdim…

Bir daha Şəhidimizin ailəsinə, əzizlərinə başsağlığı verdim, səbr, dözüm dilədim Allahdan, bir daha “Şəhidimizin məkanı cənnətlik olsun, nur içində yatsın! Şəhidimizin ruhu, Sizləri qarşınızda baş əyirəm!”-dedim…

9 ayın Əsgəri olan Rza İkinci Vətən Müharibəsinin elə ilk günündə, sentyabrın 27-sində Füzuli istiqamətində döyüşlərdə Şəhid olub və nəşi doğulub boya-başa çatdığı Göylər kənd qəbiristanlığında dəfn olunub…

Ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…

Bir müddət öncə isə valideynləri tərəfindən evlərinin düz yaxınlığında Şəhidimizin adını daşıyan ehsan-“Şəhid bulağı” istifadəyə verilib…

Qeyd edim ki, İkinci Vətən Müharibəsində Göylər kəndi 6 Şəhid verib, 4 Göylərlidən isə hələ də xəbər yoxdur, itkin siyahısındadırlar…

İkinci Vətən Müharibəsi zamanı Rzanın daha bir qohumu, atasının bibisi nəvəsi Müşfiq Bayram oğlu Məcidov da qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

1997-ci ilin martın 8-ində dünyaya gələn, ailənin 3 övladından biri olan Müşfiq İkinci Vətən Müharibəsinə könüllü yollananlardan olub və 2020-ci ilin oktyabrın 8-ində Suqovuşan istiqamətində döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib…

Nəşini isə yalnız 20 gündən sonra əldə etmək və Göylər qəbiristanlığında dəfn etmək mümkün olub…

Müşfiq də 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib…

Allah hər iki Şəhidimizin məkanını cənnətlik etsin, nur içində yatsınlar, ailələrinə, əzizlərinə səbr, dözüm versin!

Daim qəlblərdə, qəlbimizdə yaşayacaqlar!

***

Bu gün həm də əslən Göylərli olan Şərqin Pənah oğlu Məmmədovun (Rza Məmmədovun əmisi oğlu, yenə evin, ailənin tək oğlu, iki bacının tək qardaşı) doğum günü idi…

Şərqin 6 il yarım öncə, 2015-ci il martında yeznəsi ilə birlikdə Bakı şəhərində avtomobil qəzası nəticəsində faciəli şəkildə dünyasını dəyişib…

İki körpə övladı ailəsinə, əzizlərinə əmanət qalıb…

Şərqin həm də mənim yaxın qohum, əmim qızının kürəkəni idi…

Bu gün onun 32 yaşı tamam olurdu…

Doğum günündə Şəhidlərimizlə birlikdə onun da Göylər kənd qəbiristanlığındakı məzarını ziyarət etdim…

Ziyarətdə Şərqinin ailə üzvləri-atası, anası, həyat yoldaşı, iki övladı, qayınanası (əmim qızı Qöncə), eləcə də hər iki Şəhidimizin ailəsi üzvləri iştirak edirdi…

Məzarı behiştlik, doğum günü mübarək olsun!

Ruhu ailəsinə, balalarına kömək olsun!

***

Göylərdən Bakıya dönərkən Şamaxı Şəhidlər Xiyabanında da oldum, Şamaxılı Şəhidlərimizin də məzarlarını ziyarət etdim…

O cümlədən ailənin 3 övladından biri Elvin Abasovun məzarına baş çəkdim, ruhu qarşısında baş əydim…

Böyük Yaradan cəmi Şəhidlərimizin ruhlarını şad, məqamlarını uca, Dərgahlarını mübarək etsin!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

30.08.2021, Bakı-Göylər-Şamaxı-Bakı

Etikxeber.az

Read Previous

“Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik”-İLHAM ƏLİYEV – YENİLƏNİB – (2)

Read Next

Qarabağda dünyaya gələn və Qarabağ yolunda-24 yaşında Şəhid olan MAXE-SAMİR VAQİF OĞLU FƏRZƏLİYEV…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir