“İkili oyunlar” gedir, bəzi dövlətlər proteksionist siyasət yeridir – ZİYAD SƏMƏDZADƏDƏN XƏBƏRDARLIQ

Dünyada çox az ölkələr var ki, qısa zaman kəsiyində böyük iqtisadi sıçrayışa, adambaşına düşən məhsul üzrə artıma ail olublar. Bu dövlətlərdən biri də Azərbaycandır. Bunlara da son 25 il ərzində – mərhum prezidentimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi və 2003-cü ildən bu yana onun siyasətini uğurla həyata keçirən ölkə prezidenti İlham Əliyevin apardığı  böyük işlər nəticəsində nail olunub.

Etikxeber.az-ın xəbərinə görə, bunu parlamentdə keçirilən beynəlxalq konfransda çıxşı zamanı akademik, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O, eyni zamanda deyib ki, bu gün qloballaşan dünyada “ikili oyunlar”  gedir.

“Dünyanın aparıcı, super dövlətləri özlərinin yaratdıqları Ümumdünya Ticarət Təşkilatının (ÜTT) bütün prinsiplərini pozurlar. Bir çoxları proteksionist siyasət yeridirlər. Eyni zamanda, son illər,  Azərbaycanın da bu təşkilata daxil oplması iqtiqamətində işlər, danışıqlar davam etdirilir. Amma ölkəmizin həmin təşkilata daxil olmasının sürətlətləndirilməsi çağırışlarını  anlamırım. Çünki qeyd etdiyim kimi, bu çağırışı səsləndirənlərin özləri bir çox hallarda ÜTT-nin prinsiplərini açıq-aşkar şəkildə pozurlar.  Həmçinin, qloballaşan dünyada dünyanınn əklsər ölkələri-milli suverenliklər milli maraqlara daha çox üstünlük verirlər”-deyə komitə sədri sözlərinə əlavə edib.

202

Komitə sədri yenidən ölkədə həyata keçirilən islahatlar prosesinə, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması məsələlərinə toxunaraq bildirib ki, burada baş hədəf Azərbaycan iqtisadiyyatının gücləndirilməsi ilə yanaşı, həm də ölkə vətəndaşlarının sosial güzəranın yaxşılaşdırılmasıdır.

“Azərbaycan dövləti də, Azərbaycan hökuməti də, Azərbaycan parlamenti də çalışır ki, əhalinin üzərinə çox yük düşməsin, əhalinin kasıb, imkansız təbəqəsinin sayı azalsın və qeyd edim ki, bu istiqamətdə də böyük uğurlara nail olunub. Mövcud statistika bir daha bunu təsdiqləyir”-deyə, Z. Səmədzadə sonda qeyd edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Azərbaycan dünyanın ən az yoxsulu olan 29 dövlətindən biridir – ELDAR İBRAHİMOV – YENİLƏNİB – (2)

Read Next

Deputatın çürüməyən “3 illik” alması və ya… – DEPUTAT QƏZƏBLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir