İkinci Avropa Oyunlarının proqramı 2017-ci ilin baharında təsdiq ediləcək

Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsinin Lozannada keçirilən iclası çərçivəsində 2019-cu ildə ikinci Avropa Oyunlarının keçirilməsinə Minskin hazırlığı haqqında birinci hesabat nəzərdən keçirilib.

Etikxeber.az xəbər verir ki, İcraiyyə Komitəsinin üzvləri idman infrastrukturunun hazırlıq səviyyəsini və Avropa Oyunları proqramının variantlarını çox müsbət qiymətləndiriblər. Bu barədə məlumat verən Belarus Milli Olimpiya Komitəsinin baş katibi Anatoli Kotov deyib: “Hazırda idman növlərinin müzakirəsi və razılaşdırılması prosesi gedir, çünki AOK ilə müvafiq memorandum və sazişləri Avropa federasiyalarının heç də hamısı imzalamayıb”.

Oyunların yekun proqramı Minskdə AOK-un Avropa Oyunlarına hazırlıq üzrə iclası keçiriləndən sonra – 2017-ci ilin baharında təsdiq ediləcək.

Etikxeber.az

Read Previous

ABŞ-la əməkdaşlığımızın davam etməsini istəyirik – ƏLİ HƏSƏNOV – FOTO

Read Next

Bir ailənin 3 üzvü qidadan zəhərlənib, bir nəfər ölüb – GORANBOYDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir