İkinci Azərbaycan Elm Festivalının açılış mərasimi olub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ikinci Azərbaycan Elm Festivalının açılış mərasimi olub.

Etikxeber.az xəbər verir ki, festival AMEA-nın təşkilatçılığı, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın ölkəmizdəki səfirliyi və Moskva Dövlət Universitetinin dəstəyi ilə keçirilir.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək ölkəmizdə ikinci dəfə keçirilən Azərbaycan Elm Festivalının respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıdığını, həmçinin elmi nailiyyətlərin təbliğində önəmli yer tutduğunu vurğulayıb. Bildirilib ki, elmimizin uğurlarının nümayiş olunduğu festivalda akademiyanın bütün elmi müəssisə və təşkilatları ilə yanaşı, bir sıra ali və orta təhsil müəssisələrinin nümayəndələri də iştirak edirlər. Tədbirin əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi- tədqiqat işlərinə marağı artırmaqdır.

Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində davam etdiriləcək festivala noyabrın 5-də yekun vurulacaq.

Etikxeber.az

Read Previous

Məni prezident təyin edin – TRAMP

Read Next

Hakim partiya seçkilərdə qalib oldu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir