İkinci bir erməni dövlətinin yaranmasına imkan verməyəcəyik – AÇIQLAMA

“Azərbaycan öz ərazisində ikinci bir erməni dövlətinin yaranmasına imkan verməyəcək”.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) sədr müavini Bahar Muradova Ermənistan prezidentinin son bəyanatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

B. Muradova bildirib ki, bu məsələyə dair Azərbaycanın mövqeyi birmənalıdır: “Azərbaycan bir qarış torpağının da ondan qoparılmasına razı olmayacaq. Serj Sarkisyanın mesajları onun şirin yuxusu ola bilər. Dünya da Azərbaycan ərazilərinin ondan qoparılmasına, Ermənistana birləşdirilməsinə və ya müstəqil olmasına icazə verməyəcək. Azərbaycan bu prinsiplərlə mübarizə aparır və Ermənistanla danışıqlarda məhz bu prinsiplərdən çıxış edir. Sarkisyan belə açıqlama verirsə, açıq şəkildə danışıqlardan çıxdığını bəyan etməlidir. Çünki danışıqlar məhz ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində gedir. Sarkisyanın söylədikləri danışıqların mahiyyətinə ziddir. Nəzərə alsaq ki, qarşıdan xarici işlər nazirlərinin görüşü gəlir və onlar da prezidentlərin növbəti görüşünü hazırlamaqla məşğul olacaqlar, bu cür açıqlama ilə Sarkisyan bəri başdan bu görüşdən imtina etdiyini bildirmiş olur”.

Qeyd edək ki, S. Sarkisyan Rusiyanın “Sputnik” agentliyinə müsahibəsində Dağlıq Qarabağı ya müstəqil dövlət, ya da Ermənistana birləşmiş şəkildə görmək istədiyini bildirib.

Etikxeber.az

Read Previous

Çox intensiv danışıqlar aparırıq – Malena Mard

Read Next

“Qarabağ” və “Qəbələ”-nin oyunlarını idarə edəcək hakimlər müəyyənləşdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir