İkinci dəfə vitse-premyer olan Abutalıbov, yerləri boş qalan Abbasov və Əfəndiyev

Ölkə prezidenti İlham Əliyevin son sərəncamları ilə baş nazirin 4 müavini təyin olunub.

Etikxeber.az-ın xəbərinə görə, bunlar Yaqub Eyyubov,  Əli Əhmədov, Əli Həsənov Hacıbala Abutalıbovdur.

Qeyd edək ki, sabiq vitse-premyerlər İsmət Abbasov, Abid Şərifov və Xalq yazıçısı Elçin (Əfəndiyev) bu dəfə kənarda qalıblar, əvvəlki vəzifələrinə təyinat almayıblar.

Hacıbala Abutalıbov isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən uzaqlaşdırılaraq, baş nazirin müavinlərindən birinin yerinə təyin olunub.

haci1505460215

Bu yerdə xatırladaq ki, H. Abutalıbov ikinci dəfədir vitse-premyer postuna yiyələnir.

Mərhum prezident Heydər Əliyevin hakimiyyəti dövründə Suraxanı rayonunun icra başçısı işləyən H. Abutalıbov sonra eks dövlət başçısının sərəncamı ilə bir müddət baş nazirin müavini işləmiş, sonra isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Eyni zamanda, qeyd edək ki, Elçin humanitar sahəni, İsmət Abbasov kənd təsərrüfatı sektorunu, Abid Şərifov  fövqəladə hallarla bağlı sahəni kurasiya edirdi.

Boş qalan iki vitse-premyer vəzifəsinin-postunun aqibəti isə çox güman ki, yaxın zamanlarda məlum olacaq, həmin yerlər ya ləğv olunacaq, ya da yeni təyinatlar olacaq.

Kamil HƏMZƏOĞLU

 Etikxeber.az

Read Previous

Deputatların sayı 125-dən 122-yə düşdü…

Read Next

Novruz Məmmədov vəzifəsindən azad edildi – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir