“İkinci dalğaya qədər COVİD19-un mövcudluğuna şübhə ilə yanaşanlar var idi, bu gün də vaksinasiya prosesinə skeptik baxanlar var…”-DEPUTAT “TƏBİB”-Ə MÜRACİƏT ETDİ

Ölkədə koronavirusla mübarizə çərçivəsində vaksinasiya prosesi başlanır. Müharibə və pandemiyanın üst-üstə iqtisadi təsirlərinə, qlobal böhranın fəasadlarına, habelə, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq bərpa prosesinin ciddi maliyyə vəsaiti tələb etməsinə baxmayaraq, Prezident İlham Əliyev yenə də insan amilini üstün tutdu və qürurverici haldır ki, Azərbaycan vaksinasiya prosesinə başlayan ilk dövlətlərdən oldu.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, lakin prosesə münasibətdə bütün dünyada, eləcə də bizim cəmiyyətdə birmənalı yanaşma mövcud deyil.

“Necə ki, ikinci dalğaya qədər COVİD19-un mövcudluğuna şübhə ilə yanaşanlar var idi, bu gün də vaksinasiya prosesinə skeptik baxanlar var. Bu mənada hesab edirəm ki, prosesin əhəmiyyəti, peyvəndin tətbiq edilib-edilməməsinin mümkün riskləri istiqamətində maarifləndirmə tədbirləri güclənməlidir. Təbii ki, ən yaxşı çağırış şəxsi nümunədir. Bu amalla, prosesə dəstəyimi ifadə etmək üçün TƏBİB rəhbərliyinə müraciət edib, könüllü olaraq peyvənd olmaq istəyimi bildirdim. Düşünürəm ki, bununla da ən azı təmsil etdiyim bölgədə peyvəndləməyə skeptik yanaşmalara əhəmiyyətli təsir göstərə bilərik”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsində 50 hərbçi itkin düşmüş hesab olunur-MÜDAFİƏ NAZİRLİYİ – SİYAHI

Read Next

Jalə Əliyeva 31 il öncə yaşanmış və tarix yaratmış 20 Yanvar hadisələrindən-YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir