Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bir az öncə aldığım xəbərdən çox sarsıldım, çox üzüldüm…
Sözlə ifadəsi belə mümkün deyil…
Mingəçevirimizdən olan Şəhid(lər)imizin bacısı dedi ki, ikinci qardaşının-Turalın da Şəhid olduğu təsdiqlənib…
Ayın 8-də Həsənovlar ailəsinə xəbər verilib və dekabrın 9-da Şəhidimiz Tural Mingəçevir Şəhidlər Xiyabanında, qardaşı-Şəhidimiz Musanın yanında dəfn edilib…
Xatırladım ki, Turaldan sentyabrın 30-dan xəbər yox idi…
Axırıncı dəfə sentyabrın 30-da ailəsi, anası Nəhayət xanımla danışıbmış…
Ondan sonra Turaldan heç bir xəbər almaq mümkün olmurdu…
Gah ağır yaralandığı, gah əsir alındığı bildirilirdi…
Valideynlərindən-Tapdıq dayıdan və Nəhayət anadan bir neçə dəfə analiz-test götürülsə də, ancaq Turalın Şəhidliyi təsdiqlənmirdi…
Buna görə ailə də, Həsənovlar ailəsi də çox ümidliydi…
Ümidliydi, ümidliydilər ki, Turaldan xoş, sevincli bir xəbər gələr, onunla ovunarlar…
Axırıncı dəfə də dekabrın 5-də Həsənovlar ailəsi ilə əlaqə saxlamış, daha doğrusu, həmin gün Mingəçevirdəki, Günəşli-Bağlar deyilən massivdəki evlərində (Musanın evində) olmuşdum…
O zaman həm dərddən beli bükülən Tapdıq dayı, həm yumağa dönən Nəhayət xanım, həm də bacıları çox ümidliydilər, gözlərində dərin kədərlə yanaşı, bir ümid, bir inam varıydı…
Mən də ümidlənmişdim…
Hətta sağollaşanda da “İnşallah, Turaldan xoş xəbər gələr, yenə gələrsiniz, sevincimizi bölüşərik, heç olmasa, Turalla təsəlli taparıq…”-deyə, bildirmişdilər…
Ondan sonra əlaqə saxlamamışdım, çünki dərdli, kədərli, yaralı, acılı ailəni, Nəhayət ananı tez-tez narahat etmək istəmirdim, ürək etmirdim…
Bu gün aldığım xəbər isə məni böyük, dərin kədərə qərq etdi…
Hələ də özümə gələ bilmirəm…
Əllərim titrəyir, bədənim əsir, ruhum göynəyir…



İki qardaş, iki oğul, iki Şəhid, iki Aslan parçası…
Bu gün Musanın 40 mərasimi, sabah isə Turalın yeddisidir…
İkisinin də iki övladı…
25 yaşlı Musanın iki qızı, 26 yaşlı Turalın iki oğlu…
Musanın kiçik qızı-İnci də anadangəlmə xəstə…
Dərd üstünə dərd…
Nə deyəcəyimi, nə yazacağımı bilmirəm…
Allah səbrinizi versin, nur üzlü Tapdıq dayı, Allah səbrinizi versin, dərddən yumağa dönən Nəhayət ana…
Allah səbrinizi versin, Şəhid xanımları, Şəhid bacıları, Şəhid balaları…
Nur içində yatsın, Şəhidlərim, Turalım və Musam…
Ruhları qarşısında baş əyirəm!





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




