İkinci Vətən Müharibəsi: Ağcabədinin 42 Şəhidi- ƏMRAH, RÖVŞƏN, TOĞRUL, MUSA, MURAD, AZAD, TƏHMƏSAB, SAHİL, DƏYANƏT…

44 günlük İkinci Vətən Müharibəsi qəhrəmanlıq Dastanı yazan, Şəhidlik məqamına ucalanlar arasında Ağcabədililər də var.

Etikxeber.az-ın xəbərinə görə, İkinci Qarabağ Savaşında Ağcabədi rayonu 42 Şəhid verib.

Şəhidlər arasında peşəkar hərbçilər də, hərbi xidmətdə olan əsgərlər də, MAXE-lər də, könüllülər də var.

Allah Şəhidlərimizə rəhmət etsin, nur içində yatsınlar, Böyük Yaradan acılı ailələrinə səbr versin!

Ağcabədi Şəhidlərini (adlarını dəqiqləşdirə bildiklərimizi) təqdim edirik:

1. Məmmədov Əmrah Qaraş oğlu 27.09.2020, Poladlı kənd qəbiristanlığında dəfn olunub.

2. Allahverdiyev Rövşən Fərrux oğlu 28.09.2020, Qaraxanlı kənd qəbiristanlığında dəfn olunub.

3. Abbasov Toğrul Bayram oğlu 28.09.2020 , Hacıbədəll kənd qəbristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Toğrul 31 dekabr 1990-cı ildə Hacıbədəlli kəndində anadan olub. 1996-cı ildə Hacıbədəlli kənd tam orta məktəbin birinci sinfinə daxil olub. 2007-ci ildə bu məktəbi müvəffəqiyyətlə bitirib. 2008-2010-cu illərdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Daxili Qoşun Komandanlığında hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra müxtəlif sahələrdə çalışıb. İkinci Vətən Müharibəsindən bir il beş ay əvvəl Ordu sıralarında gizir kimi işləməyə başlayıb. Toğrul müharibənin ilk günü, 27 sentyabr 2020-ci ildə Füzuli uğrunda gedən qızğın döyüşlərdə Şəhid olub.

4. Qərhamanov Gülalı Aydın oğlu 29.09.2020, Minəxorlu kənd qəbiristanlığında dəfn edilib.

5. Əliyev Mirağa Musa oğlu 30.09.2020, Xocavənd kənd qəbiristanlığında dəfn olunub.

6. Məmmədov Cəmaləddin Türbəndə oğlu, Kürdlər kəndinin Şəhidlər xiyabanında dəfn edilib.

7. Bayramlı Xəzər Azad oğlu 03.10.2020, Qaravəlli kənd qəbiristanlığında torpağa tapşırılıb.

8. Cəfərov Anar Eyvaz oğlu 05.10.2020, Ağcabədi şəhər Şəhidlər xiyabanında uyuyur.

9. Həziyev Hafiz Varoğlu oğlu 06.10.202o, Yeni Qaradolaq kənd qəbiristanlığında dəfn olunub.

10. Salmanov Tariyel Allahverdi oğlu 09.10.2020, Kəhrizli kənd qəbristanlığında dəfn olunub.

Şəhid Tariyel Salmanov 1988-ci ilin fevralın 7-də Kəhrizli kəndində anadan olub. 2011-ci ildə Azərbaycan Dövlət Tibbi Universitetinin stomatalogiya fakültəsini bitirib. Sentyabr ayının 29-da yenidən hərbi xidmətə cəlb olunub. Oktyabr ayının 7-dən 8-nə keçən gecə Şəhid olub. Ailəli idi, bir qiz ovladi var.

11. Əsədov Murad Rüstəm oğlu 09.10.2020, Şərəfxanlı kənd qəbiristanlığında dəfn olunub.

12. Tapdıqov Azad Azər oğlu 09.10.2020, Avşar kənd qəbristanlığında dəfn edilib.

13. Əsədov Əli Bayram oğlu 11.10.2020, Təzəkənd kənd qəbristanlığında dəfn olunub.

14. Mustafazadə Ceyhun Şükür Qaraş oğlu 12.10.2020, Sarıcalı kənd qəbiristanlığında dəfn olunub.

15. Qəhrəmanov Məkan Mübariz oğlu 12.10, Minəxorlu kənd qəbiristanlığında dəfn olunub.

16. Hacıyev İntiqam Eynullah oğlu 14.10.2020 , Minəxorlu kənd qəbristanlığında dəfn olunub.

17. Həziyev Xəyal Fehruz oğlu 15.10.2020 Ağcabədi şəhəri, E.Sadıqov küşəsi 81, Şəhidlər xiyabanında dəfn olunub.

18. Hüseynov Ceyhun Möhübbət oğlu 16.10.2020, Arasbar kənd qəbiristanlığında dəfn olunub.

19. Fərəcov Fərid Yaşar oğlu 20.10.2020, Muğanlı kənd qəbiristanlığında dəfn olunub.

20. Talıbov Şirinalı Aqil oğlu 22.10.2020, Nəcəfqulubəyli kənd qəbiristanlığında dəfn edilib.

21. Qarayev Təhmasib Hikmət oğlu 23.10.2020, Kəbirli kənd qəbiristanlığında dəfn olunub.

Şəhid Qarayev Təhmasib Hikmət oğlu may ayının 18-də 1996-cı ildə Kəbirli kəndində anadan olub. 2003-cü ildə M.Ə.Sabir adına Kəbirli kənd tam orta məktəbinə daxil olub. 2013-cü ildə sözügedən məktəbi uğurla başa vurub. Sumqayıt Dövlət Universitetinə qəbul olub. “Dünya iqtisadiyyatı” fakultəsini 2017-ci ildə uğurla bitirib. Elə həmin il bir illik hərbi xidmətə gedib. Bakı şəhərində “N” saylı hərbi hissədə xüsusi təyinatlı kimi qulluq edib. Sonra əsgər kimi qulluq etdiyi “N” saylı hərbi hissədə gizir kimi qulluq etməyə başlayıb. İkinci Vətən Müharibəsinin ilk günlərindən Təhamsib ön cəbhədə vuruşan döyüşçülərdən olub. O, Murovda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda gedən döyüşlərin fəal iştirakçısı kimi qəhrəmanlıq göstərib. Düşmən qüvvələrinin məhv edilməsində fərqlənib. 23 oktyabr 2020-ci il tarixdə Xankəndi ətrafında gedən qızğın döyüşdə həlak olan Təhmasib Şəhidlik zirvəsinə ucalıb.

22. Əliyev Dəyanət Ələsgər oğlu 24.10.2020, Hacıbədəlli kənd Şəhidlər xiyabanında dəfn olunub.

23. Mamedov Sahil Ədalət oğlu 25.10.2020, Qiyamadınlı kənd Şəhidlər xiyabanında dəfn edilib.

24. Məmmədov Ceyhun Qafar oğlu 26.10.2020, Qaraxanlı kəndi Kənd qəbiristanlığında dəfn edilib.

25. Süleymanov Həsən İsmayıl oğlu 26.102020 Ağcabədi şəhəri, Babək küçəsi, Şəhidlər xiyabanında dəfn olunub.

26. Xəlilov Fəryad Fəxri oğlu 27.10.2020, Hüsülü kənd Şəhidlər xiyabanında dəfn olunub.

27. Hüseynov Mirəli Arif oğlu 28.10.2020 Ağcabədi şəhəri, K.Nəsibov küçəsi, Şəhidlər xiyabanında dəfn olunub.

28. Ağayev Naim Süleyman oğlu 30.10.2020, Muğanlı kənd qəbiristanlığında dəfn olunub.

Naim 21 yaşında Suqovuşanda Şəhid olub.

29. Abışov Əmrah Səyyab oğlu 30.10.2020, Kürdlər kəndində dəfn olunub.

30. Quliyev Nurlan Şükür oğlu 05.11.2020, Qaraxanlı kəndində dəfn olunub.

31. Quliyev Məhəbbət Arzu oğlu 05.11.2020, Qiyamadınlı kəndində dəfn olunub.

32. Məmmədov Məhəmməd Abbas oğlu 07.112020 Ağcabədi şəhəri, Füzuli küçəsi ,Şəhidlər xiyabanında dəfn olunub.

33. Şükürov Vüsal Zahir oğlu 10.112020 Ağcabədi rayonu, Şahmallar kənd qəbiristanlığında dəfn olunub.

34. Mikayıllı Samir Sabir oğlu 11.11.2020 , Salmanbəyli kənd qəbiristanlığında dəfn edilib.

35. Hüseynov Sahil Habil oğlu 11.11.2020 , Xocavənd kəndində torpağa tapşırılıb.

36. Atayev Taryel Fəxrəddin oğlu 11.11.2020, Minəxorlu kəndində dəfn edilib.

37. Quliyev Həsən Adışirin oğlu 11.11.2020, Sarvanlar kəndində dəfn olunub.

38. Rəhimov Ömər Taryel oğlu 21.11.2020, Hindarx qəsəbəsində dəfn olunub.

39. Piriyev Elsevər Mahir oğlu 10.12.2020 Ağcabədi rayonu, Arasbar kəndində dəfn olunub.

Şəhidlər ölməz, Vətən bölünməz!

Etikxeber.az

Read Previous

“Şuşa inzibati-siyasi mərkəz olsun”-ZAHİD ORUCDAN ÖNƏMLİ TƏKLİFLƏR – VİDEO

Read Next

Ağdamkənd kəndindən videogörüntülər-YAYILDI – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir