İkinci Vətən Müharibəsi iştirakçısı, 2 medallı, birinci qrup əlil, bədənində hələ də 140-a yaxın qəlpə gəzdirən-VƏTƏN SEVDALISI, QAZİ GÜNDÜZ MUSAYEV… – FOTOLAR

23 yaşlı Gündüz Müsayev…

Qəhrəman Bərdənin İkinci Vətən Müharibəsi iştirakçısı, Vətən sevdalısı…

İkinci Qarabağ Savaşında Qəhrəmanlıq dastanı yazan Oğullarımızdan, Vətən fədailərindən biri…

Cəmi 5 ayın MAXE-si…

Gündüzü ilk dəfə Bərdənin, həm Bakının, Suraxanının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan 3 medallı, ailənin tək və nişanlı oğlu Fəxri Qəribzadənin Anım Günündə görmüşdüm…

Ancaq onunla yaxından tanış olmaq imkanı olmamışdı…

Sonra onunla daha bir Bərdəli Şəhidimiz, əfsanəvi XTQ-çılardan olan “Azərbaycan Bayrağı” ordenli, qohumum Devran Naibovun (Nayıbovun) Cənnətdəki ikinci ad günü ilə bağlı düzənlənən məclisdə rastlaşdım…

Elə oradaca onunla yaxından tanış oldum, qısa da olsa hal-əhvallaşdım, söhbətləşdim…

Və çox ürəyimə yatdı, onunla tanışlıqdan çox məmnun oldum, övladım kimi sevdim…

Fəxr etdim, Qürur duydum ki, belə bir İgidimiz, Qəhrəmanımız var…

Və ona da çox təəssüfləndim ki, bu yaşında əlil arabasına məhkum olub…

Gündüzlə dünən, 28 yanvar tarixində yenidən bir araya gəldim, görüşdüm…

Xudat qəsəbəsinin eyniadlı Xudat kəndində, Şəhidlik HAQQI göz görə-görə yeyilən 9 medallı-daha bir əfsanəvi XTQ-çı Kamil Şamil oğlu Məmmədovun Anım Günündə, məzarının ziyarətində…

Yenə hal-əhvallaşdım, söhbətləşdim…

Gündüz 1999-cu ilə Bərdədə sadə bir ailədə dünyaya gəlib…

Ailənin iki oğlan övladından biridir…

Orta məktəbi bitirdikdən sonra, 2017-2018-ci illərdə Orduda xidmət edib, Vətənin keşiyini çəkib, vətəndaşlıq borcunu yerinə yeririb…

Əsgərlikdən döndükdən bir müddət sonra yenidən həyatını Ordu, hərb ilə bağlamağa qərar verib…

MAXE kimi fəaliyyət göstərməyə başlayıb və tarixi İkinci Vətən Müharibəsi başlayan zaman cəmi 5 ayın hərbçisi olub…

Və müharibənin ilk günündən də döyüşlərə atılıb Vətən sevdalısı İgidimiz…

Döyüşüb, vuruşub və sentyabrın 30-da Suqovuşan istiqamətində qanlı döyüşlər zamanı çox ağır şəkildə yaralanıb…

Özü də bir neçə yerindən-ayaqlarından, qolundan, belindən…

Həmin vaxtdan da bugünə kimi müalicə-müayinə almaqdadır…

Səhhətində hələ də ciddi problemlər qalmaqdadır…

Bədənində hələ də 140-a yaxın qəlpə gəzdirməkdədir…

Birinci qrup müharibə əlilidir…

İki medallıdır, İgidliyinə, Qəhrəmanlığına görə, “Cəsur döyüşçü” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub, amma daha artığını HAQQ edir…

Gündüz İgidliyi, Qəhrəmanlığı qədər həm də çox təvazökardır, çox danışmağı, özündən bəhs etməyi sevmir…

Allah qorusun!

Böyük Yaradan tezliklə şəfasını versin və tam sağlamlığına qovuşdursun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Narkotik vasitələrin qanunsuz dövriyyəsində bu cinayətə qoşulmuş qadınların sayının artdığının müşahidə edilməsi ciddi narahatlıq doğurur”-ÇEVİK EKSPERTLƏR QRUPU ÇAĞIRIŞ ETDİ, TƏKLİFLƏR İRƏLİ SÜRDÜ

Read Next

Duman olacaq, külək əsəcək-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir