İkinci Vətən Müharibəsi Şəhidi Emin İsmayılovun anasının-MƏLAHƏT İSMAYILOVANIN BU GÜN YUBİLEY DOĞUM GÜNÜDÜR – DOSTLAR, TANIŞLAR, QƏLBDAŞLAR ONUN BAŞINA TOPLAŞIBLAR… – FOTOLAR – YENİLƏNİB – (5)

Bu gün daha bir Şəhid anasının doğum günü, ad günüdür…

Daha bir Qəhrəman, İgid, Vətən sevdalısı Nur üzlü Şəhidimizin özü kimi Qəhrəman anasının-Şəhid anasının yubiley doğum günüdür…

Nə az-nə çox…ömrünün yarım əsrini başa vurur Şəhid anası…

Növbəti yaşına qədəm qoyur bu gün…

Evin-ailənin tək və subay oğlu, anası tərəfindən təkbaşına böyüdülən İkinci Vətən Müharibəsi Şəhidi Eminimizin-Emin İsmayılovun anası Məlahət Ana, Məlahət İsmayılova yarım əsrlik ömrünü geridə qoyur bu gün…

Və bu gün, bu anlar bəlkə də ən çox Onun-Şəhimizin-Eminimizin ruhu şad olur, sevinir…

Hamıdan çox sevinən, şadlanan birmənalı Onun-Eminin ruhudur…

Həm ana, həm ata, həm bacı, həm qardaş, həm dost, həm sirdaş olmuş Anasına-Məlahət Anaya bu anda, bu anlarda ən çox Emin dəstək olur mənən, ruhən, ən çox O güc-qüvvət verir Məlahət Anaya…

Onun üçün hamıdan ən çox O dua edir…

Anasını təbrik edir, ona uzun ömür, can sağlığı diləyir…

Bu gün yaxınlar, dostlar, tanışlar, qəlbdaşlar, “Komedixana”nın yaradıcı heyəti-aktyorları, gənc sənətçilər, xüsusilə, dərddaşlar-Şəhid anaları – Mehriban Ana ilə Ziyafət Ana da Məlahət Ananın başına, yubiley məclisinə toplaşıb, cəm olublar…

Məclis isə Bakı şəhərində yerləşən “Qəbələ-Vəndam” restoranında düzənlənir…

Ona mənəvi dəstək olmaq, Onu təbrik etmək, bu anlarını bölüşmək üçün gəliblər bu məclisə…

Və hər kəsdən ürəyindən gələn səmimi sözləri, arzuları Məlahət Anaya, Şəhid anasına çatdırır, diləyirlər…

Az da olsa, Onun acısını xəfiflətmək üçün, könlünü almaq, şadlandırmaq, ovundurmaq üçün…

Məclisdə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, Dövlət himni səsləndirilir…

Və zaman-zaman istər-istəməz kövrək, duyğulu anlar yaşanır…

Xüsusilə, hər zaman təmənnasız şəkildə Şəhid ailələrinin və Qazilərin yanında olan tanınmış bəstəkar-müğənni Ruslan Səfəroğlunun Şəhid anasına həsr etdiyi mahnı məclisdə kövrək, duyğulu anlar yaşadır…

Necə də yaşanmasın, necə də yaşatmasın, axı?!

Mümkün deyil!

Məclisdə eyni zamanda, Şəhid anasının adına hazırlanmış tort kəsilir, Məlahət Ana alqışlanır, bir daha təbrik olunur…

Şəhid anası öz növbəsində hər kəsə minnətdarlığını ifadə edir və bir daha hamılıqla ayaq üstə alqışlanır…

Doğum gününüz, yubileyiniz mübarək olsun, Şəhid anası-Eminimizin anası!

Balanın-Şəhidimizin ruhu daim köməyinizdə dayansın, Qəhrəman oğulun Qəhrəman anası-Məlahət Ana!

Yaşayın və balanızın ruhunu, xatirəsini yaşadın!

Bir daha və bir daha doğum gününüz mübarək!

19:35

***

FOTOLAR:

19:45

***

19:52

***

20:11

***

21:38

***

23:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan XİN Fransaya zəruri olmayan səfərləri təxirə salmağa-ÇAĞIRDI

Read Next

Ali təhsilli, Leytenant, bir övladı Vətənə əmanət qalan Kürdəmirli İkinci Vətən Müharibəsi Şəhidi-TURAL EYYUBOVUN BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir