Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Anım Günü, Əbədiyyətə uğurlanmasının beşinci ilə bağlı bu gün-10 oktyabr 2024-cü il tarixində, səhər saatlarında evin-ailənin tək və nişanlı oğlu, anası tərəfindən təkbaşına və kirayələrdə böyüdülən, MAXE, üç medallı, həm Bərdəli, həm də Bakı-Suraxanılı İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadənin Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar olunub, “Quran” oxunub.
Qısa çıxışlar edilib.
Etikxeber.az xəbər verir ki, çıxışlar zamanı Şəhidin keçdiyi 26 illik qısa, lakin şərəfli ömür və döyüş yolundan bəhs edilib.
Fəxri Qəribzadənin Vətənpərvərliyindən, İgidliyi və Qəhrəmanlığından söz açılıb.
Doğmalarına, anası Mehparə Qəribovaya Allahdan səbr və dözüm arzulanıb.
Eyni zamanda, məktəblilər tərəfindən Şəhidə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.
Şəhidin anası Mehparə xanımın dediklərindən:
“Fəxri həm mənim, həm də Azərbaycanımın Fəxridir…Fəxr edirəm ki, Fəxri kimi Oğulun anasıyam…Düzdür, Fəxrisiz həyat, Fəxrisizlik mənim çox çətindir, çox ağırdır, çox dözülməzdir, amma Fəxri bu millətin, bu dövlətin başını dünyada Uca edən Oğullardandır, Zəfər, Qələbə Şəhidlərimizdəndir…O, cismən yoxdur, amma ruhən hər an, hər saniyə mənimlədir…”
Fəxri Qəribzadənin məzarını ziyarətdən sonra Şəhidlər Xiyabanında Şəhidin adına çay-ehsan süfrəsi açılıb.
Daha sonra Şəhidin tək bacısının-Türkanə Qəribovanın (həm də dayısının) evində Şəhidin adına ehsan verilib.
Bir daha ruhuna dualar olunub.
Xatirə fotoları çəkdirilib.
Şəhidin məzarını ziyarətdə və Anım mərasimində anası Mehparə Qəribova başda olmaqla, ailə üzvləri, yaxınları, doğmaları, Bərdə rayonundan olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, məktəblilər, yerli ziyalılar, media mənsubları, Bərdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, millət vəkili Xanlar Fətiyevin və millət vəkili Fatma Yıldırımın köməkçiləri və digər şəxslər iştirak ediblər.
Məkanı cənnətlik olsun!
Nur içində uyusun!
12:57
***
FOTOLAR:




14:04
***














15:45









16:04
***



Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





