İki övladı Vətənə əmanət qalan, qayını-beş bacının tək qardaşı Şəhid olan, Qarabağda dünyaya gələn, Qarabağda da Şəhidlik məqamına ucalan-HƏM XANKƏNDİLİ, HƏM DƏ GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ XƏQANİ KAMRAN OĞLU NƏSİROV… – FOTOLAR

Azərbaycan torpaqlarının qorunmasında, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində, işğal altında olan ərazilərimizin, Qarabağ və ona bitişik bölgələrimizin yağı, murdar erməni tapdağından azad olunmasında iştirakı olan Qəhrəmanlarımızdan, İgidlərimizdən biri də əslən Qarabağlı Xəqani Kamran oğlu Nəsirovdur…

38 yaşında Vətəni, digərgin, məcburi köçkün düşdüyü doğma Qarabağı uğrunda bir an belə tərəddüd etmədən və göz qırpmadan canını fəda edən Vətən sevdalısı Xəqani Nəsirov…

Nur üzlü, Qəhrəmanlıq dastanı yazan oğullarımızdan, İkinci Vətən Müharibəsi Şəhidlərimizdən biri Xəqani Kamran oğlu…

Xəqani Kamran oğlu Nəsirov əslən Xankəndili-Xocalılıdır…

1982-ci ilin iyun ayının 29-da Xankəndi şəhərində, sadə bir ailədə dünyaya gəlib…

Bir müddət Xocalıda və Xocalının işğalından sonra isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayıb ailəsi, valideynləri ilə birlikdə…

Ailədə dörd övlad, dörd qardaş olublar…

Orta məktəbi bitirdikdən bir müddət sonra Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb və Vətənə xidmət borcunu yerinə yetirdikdən sonra evinə, ailəsinə dönüb…

2006-cı ildə Goranboyun Zeyvə kəndindən olan Nazilə xanımla ailə həyatı qurub…

İki övladı-2008-ci ildə oğlu Babakamal, 2009-cu ildə isə qızı Nazənin dünyaya gəlib və hazırda da orta məktəbdə təhsil alırlar…

9 il Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı olub, son 6 ildə-yəni, Şəhidliyinə kimi isə Azərbaycan Ordusunda fəaliyyət göstərib…

Bir hərbçi, bir Vətən sevdalısı, bir Qarabağ həsrətlisi kimi İkinci Vətən Müharibəsi qatılıb…

Və müharibənin elə ilk günündə, sentyabrın 27-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi ancaq iki gün sonra, 29 oktyabr tarixində Bərdə rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra isə 3 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” “Laçının azad olunmasın görə” medalları ilə təltif olunub…

Qeyd edək ki, Xəqani Nəsirovun həyat yoldaşı Nazilə Nəsirovanın qardaşı-beş bacının tək qardaşı Fuad İmaməddin oğlu Məhərrəmov da İkinci Vətən Müharibəsi Şəhididir…

Fuad Xəqanidən 18 gün sonra, oktyabrın 14-də Füzuli istiqamətində Şəhidlik məqamına ucalıb…

Xəqani ilə Fuad yeznə-qayın olmaqla yanaşı, həm də dost, sirdaş olublar…

Aralarında yaş fərqi olmasına baxmayaraq, hər zaman sözləri-söhbətləri tutub, bir oturub, bir durublar…

***

Bu gün-5 aprel 2023-cü il tarixində, Goranboy rayonunun Zeyvə kəndində Xəqani Nəsirovun qayını Fuad Məhərəmovun Cənnətdəki üçüncü doğum günündə eyni zamanda, Nazilə xanımla tanış oldum…

Şəhid xanımı və Şəhid bacısı ilə qısaca da olsa, söhbətləşdim, dərdləşdim…

Ona, övladlarına, ailə üzvlərinə Allahdan səbr və dözüm dilədim…

“Hər iki Şəhidimizin-həm Xəqani Nəsirovun, həm də Fuad Məhərrəmovun məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Hər ikisinin də müqəddəs ruhları qarşısında baş əydiyimi bildirdim…

Söhbət zamanı Nazilə xanım həm yoldaşının, həm də qardaşının digər medal və ordenlərlə təltif olunmasını istəyini dilə gətirdi…

Bildirdi ki, hər ikisi-həm yoldaşı, həm də tək qardaş peşəkar hərbçi olublar, ən qaynar nöqtələrdə vuruşublar və Şəhidlik məqamına ucalıblar…

Ona görə hər ikisi də digər medal və ordenləri Haqq edirlər…

Şəhid xanımın və Şəhid bacısının istəkləri haqlıdır və odur ki, həm Xəqani Nəsirov, həm də Fuad Məhərrəmov Haqq etdikləri digər medallarla və ordenlərlə təltif olunmalıdırlar!

Məqamları Uca olsun, Nur içində yatsınlar!

***

FOTOLAR:

Etikxeber.az

Read Previous

Aprel döyüşlərinin Şəhidi, bir qız övladı Vətənə əmanət qalan, qardaşı oğlu adını daşıyan Baş leytenant-ZİYA HƏSƏNOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN YEDDİ İL KEÇDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Sıxlıq olan yollar-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir