İkinci Vətən Müharibəsi Şəhidləri-Ağcabədili Nurlan Quliyevlə Mingəçevirli Musa Həsənovun bu gün Anım günləridir, Bərdəli Səid Ədilovun isə-CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR… – YENİLƏNİB – (5)

Ağcabədi rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nurlan Şükür oğlu Quliyevin Anım Günüdür.

Nurlan Quliyevin bu gün Əbədiyyətə uğurlanmasından dörd il keçir.

Anım Günü ilə bağlı bu gün-5 noyabr 2024-cü il tarixində, səhər saatlarında Şəhidin Qaraxanlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Ağcabədili Şəhid ailələri, din xadimləri və başqa şəxslər iştirak edəcəklər.

Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Ailəsinə-anası Zülfiyyə Quluyevaya Allahdan səbr və dözüm arzulanıb.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə Anım mərasimi keçirilib, adına ehsan verilib, bir daha ruhuna dualar olunub.

Etikxeber.az xəbər verir ki, Nurlan Quliyev 1995-ci ilin dekabr ayının 4-də (əslində isə noyabrın 11-də) Ağcabədi rayonunun Qaraxanlı kəndində sadə bir ailədə dünyaya gəlib.

Evin-ailənin dörd övladından, üç qardaşdan biri olub.

Orta məktəbi bitirdikdən, həqiqi hərbi xidmətini başa vurduqdan sonra həyatını yenidən Ordu, hərb ilə bağlayıb.

MAXE kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsi zamanı isə Füzuli, Qubadlı, Şuşa-Daşaltı istiqamətində döyüşüb, vuruşub.

Ailəsi, anası Zülfiyyə xanım axırıncı dəfə onunla sentyabrın 27-də danışıb, ondan sonra-Şəhidliyinə qədər Nurlanla əlaqə saxlamaq mümkün olmayıb.

Və noyabr ayının 1-də ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi gün sonra, noyabrın 5-də Qaraxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Hazırda adını daşıyan küçə var.

O, həm də nişanlı olub.

Atasını da illər öncə itirib.

***

Bu gün Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Səid Həsən oğlu Ədilovun isə doğum günüdür.

Səid Ədilovun bu gün 30 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Ziyarətdə Səid Ədilovun ailə üzvləri-anası Əzizə xanım, atası Həsən kişi, tək bacısı Nərmin xanım, Şəhidin yaxınları, Şəhid ailələri, Qazilər, din xadimləri, məktəblilər və başqa şəxslər iştirak ediblər

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar olunub, Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.

Məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra Bərdə Şəhidlər Xiyabanında Şəhidin sonra adına çay-ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

1994-cü ilin noyabın 5-də Bərdənin Cəyirli kəndində-sadə bir ailədə dünyaya gələn, evin iki övladından biri, tək bacının tək qardaşı olan Səid Ədilov İkinci Vətən Müharibəsinin ilk günlərində, oktyabrın 2-də qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Lakin nəşi uzun müddət tapılmayıb, yalnız 61 gündən sonra əldə edilib və elə həmin gün, 3 dekabr 2020-ci il tarixində Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla təltif edilib.

Ailəsi isə övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

26 yaşında Şəhidlik məqamına ucalan Səid subay olub.

***

Bu gün eyni zamanda,Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən-Şəhid qardaşlardan olan Musa Tapdıq oğlu Həsənovun Anım Günüdür.

Onun da Əbədiyyə uğurlanmasından dörd il ötür.

Qeyd edək ki, ata tərəfdən Ağdamlı, ana tərəfdən isə Goranboylu olan Musa Həsənov 1995-cı ilin noyabrın 24-də Mingəçevirdə sadə bir ailədə-Nəhayət və Tapdıq Həsənovların ailəsində dünyaya gəlib.

Ailədə iki övlad, iki qardaş olublar.

Ataları-Ağdamın Çəmənli kəndindən olan Tapdıq Həsənov  ötən il dünyasını dəyişib.

Musa orta məktəbi qurtardıqdan sonra həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb.

Əsgərliyini bitirdikdən sonra evinə, ailəsinə dönüb, müxtəlif yerlərdə çalışıb.

İkinci Vətən Müharibəsi başlayan gündən də tək qardaşı Tural Həsənovla döyüşlərdə olub.

Musa müharibənin ilk günlərində Şəhid olsa da, uzun müddət onun nəşini əldə etmək mümkün olmayıb.

Nəşi Şəhidliyindən 35 gün sonra, 2020-ci ilin 5 noyabr tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qardaşı Tural Həsənov da İkinci Vətən Müharibəsi zamanı Şəhid olub, onun nəşi 68 gündən sonra ailəsinə təhvil verilib və dekabr ayının 9-da Əbədiyyətə uğurlanıb.

Hər iki qardaş ailəli, iki övlad atası olub.

Şəhidliyindən 6 ay sonra isə qız övladlarından biri-bir yaşlı İnci də xəstəlikdən vəfat edib.

Şəhidliyindən sonra 3 medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Eyni zamanda, Mingəçevirdəki “Günəşli” yaşayış massivində hər iki qardaşını adını daşıyan-Tural və Musa qardaşları küçəsi var.

Məkanları cənnətlik olsun!

Nurlar içində yatsınlar!

11:05

***

FOTOLAR:

11:18

***

11:26

***

15:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Dini Liderlərin Qlobal Sammiti mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nə sanballı töhfə verəcək, yaşıl dünya naminə həmrəyliyimiz, müdrik təklif və tövsiyələriniz ümumi hədəflərə çatmağımıza dəstək olacaq”-AZƏRBAYCAN PREZİDENTİ

Read Next

“Atam Heydər Əliyevin dediyi kimi, Çingiz Aytmatov təkcə qırğız xalqının deyil, həm də bütün Türk dünyasının fəxridir…”-Bişkekdə İlham Əliyevə “Çingiz Aytmatov” ordeni-TƏQDİM OLUNDU – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir