İkinci Vətən Müharibəsi Şəhidləri İsa Məhərrəmov, Kamran Kazımov, Elfaq Nağıyev və Əfqan Nəsirov- QURBAN BAYRAMI İLƏ ƏLAQƏDAR VƏTƏNSEVƏR ZİYALILARLA “KÖMƏK EDƏN ƏLLƏR” AKSİYASI ÇƏRÇİVƏSİNDƏ DAHA DÖRD ŞƏHİD AİLƏSİ ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Azərbaycan xalqının və dünya müsəlmanlarının müqəddəs Qurban bayramı ilə bağlı bu gün-15 iyun 2024-cü il tarixində növbəti dəfə Şəhid ailələrini ziyarət etdik.

Artıq 4-cü ildir gerçəkləşən ziyarətimiz yenə Vətənpərvər ziyalılar-Fərid Nəsibzadə, Araz Məmmədov və Hüseyn Xudatovun təşəbbüsü ilə baş tutdu.

Təbii ki, həm də  “Laboratory of Art” platformasında cəmləşən xeyirxah insanların dəstəyi ilə “Kömək edən əllər” aksiyası çərçivəsinndə rellaşdı ziyarətimiz.

Budəfəki ziyarət ünvanımız Bakı şəhərinin Yasamal rayonu və Sabunçu rayonunun Zabarat qəsəbəsi, orada yaşayan İkinci Vətən Müharibəsi Şəhidlərinin ailələri oldu.

Öncə Yasamal rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan 15 fevral 1999-cu il təvəllüdlü, evin-ailənin iki oğlan övladından biri, subay, iki medallı İsa Məhərrəm oğlu Məhərəmmovun ocağını-anası Kəmalə xanımı və 2020-ci ildə həm oğlunu, həm nəvəsini itirmiş Maxanım nənəni, Maxanım Məhərrəmovanı ziyarət etdik.

Bu yerdə qeyd edim ki, ilk dəfə idi Şəhid İsanın ocağında, ailəsində olurduq.

Şəhidimizin həm nənəsinə, həm anasına Allahdan səbr və dözüm arzuladıq, həm də İsa Məhərrəmovun müqəddəs ruhu qarşısında baş əydiyimizi dilə gətirdik.

İsa Məhərrəmov da daxil olmaqla, cəmi Şəhidlərimizə və Şəhid ailələrinə bir ömür boyu borclu olduğumuzu söylədik.

Təxminən 40 dəqiqə çəkən ziyarətimiz zamanı Şəhidimizin ailəsini müqəddəs Qurban bayramı münasibəti ilə təbrik etdik, cəmi qurbanlarının Tanrı dərgahında qəbul olunmasını dilədik.

İkinci ziyarətimiz yenə evin-ailənin iki övladından, iki qardaşdan biri olan ali təhsilli-peşəkar hərbçi, Baş leytenant, “Qarabağ” ordenli, üç övlad atası Kamran Kazımovun Zabrat qəsəbəsindəki ocağı, doğmaları oldu.

Bir saata yaxın çəkən ziyarətimiz zamanı Şəhidimizin valideynləri-anası Elmira xanım, atası Qurbanəli Kazımov və tək qardaşı Orxan Kazımovla hal-əhvallaşdıq, söhbətləşdik.

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik.

Eyni zamanda, Şəhidimizin ailəsi ilə birlikdə Kamran Kazımovun 30 illik qısa, lakin şərəfli ömür-hərb və döyüş yoluna nəzər saldıq.

Qəhrəmanlıqlarla, İgidliklərlə dolu olan bir ömür-həyat yolu…

Onları-Kamran Kazımovun ailə üzvlərini də bayramı münasibəti ilə təbrik etdik və nə qədər çətin olsa da, hər kəsdən daha çox Şəhid ailələrinin bayramlaşmağa, sevinməyə haqqı olduğunu bildirdik.

Növbəti-üçüncü ziyarətimiz yenə Zabratlı, evin-ailənin iki oğlan övladından biri olan subay, kollec təhsilli, Gizir, beş medal medal və bir ordenli, “Qoxmaz Gizir” ləqəbli Elfaq Azad oğlu Nağıyevin ailəsi, valideynləri oldu.

Bir saata yaxın çəkən ziyarətimiz zamanı bir xalq, bir millət olaraq, Şəhidlərimizlə Fəxr etdiyimizi, Qürur duyduğumuzu bildirdik.

Şəhidlərimizi və onları bu Vətən üçün yetişdirən Qəhrəman ailələri unutmağa heç bir haqqımız olmadığını qeyd etdik.

“Unumadıq, unutmuruq və unutmayacağıq!”-söylədik.

Ziyarətimizin sonunda Şəhidimizin valideynlərini-anası Aytəkin xanımı, atası Azad Nağıyevi və ali təhsilli, tək qardaşı Elvan Nağıyevi Qurban bayramı münasibəti ilə təbrik etdik, onlara can sağlığı, uzun ömür arzuladıq.

Sonuncu ziyarətimiz isə daha bir Zabratlı İkinci Vətən Müharibəsi Şəhidi, ailənin iki övladından biri, evin tək və subay oğlu Əfqan Ramil oğlu Nağıyevin ocağı, anası oldu.

Şəhidimizin anası-Azərbaycanın ən gənc, ən cavan Şəhid analarından biri olan Kəmalə xanımla görüşdük, söhbətləşdik.

Təxminən yarım saat çəkən ziyarətimiz zamanı Əfqanın da keçdiyi 19 illik çox qısa, lakin şərəfli həyat və döyüş yoluna ekskurs etdik.

Kövrək, duyğulu, təsirli anlar yaşadıq.

Cəmi 4 ilin içində həm cavan həyat yoldaşını, həm də tək oğlunu itirmiş Kəmalə xanıma təsəlli verməyə çalışdıq.

Sonda onu da bayram münasibəti ilə təbrik edib, Şəhidimizin ocağından ayrıldıq.

Onu da qeyd edim ki, ziyarət zamanı hər bir Şəhid ailəsinə bayram sovqatı təqdim olundu, hər bir Şəhid ailəsi xatirə fotoları çəkdirildi.

16:50

***

FOTOLAR:

***

17:30

***

***

18:57, 15 iyun 2024-cü il

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Atasının qırxının səhərisi gün, oktyabrın 19-da Şəhid oldu…”-BAKILI, YASAMALLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ, SUBAY, İKİ MEDALLI İSA MƏHƏRRƏMOVUN ANASI KƏMALƏ MƏHƏRRƏMOVA – FOTOLAR

Read Next

Azərbaycanda Qurban bayramı-QEYD OLUNUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir