Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün daha bir neçə İkinci Vətən Müharibəsi Şəhidinin Anım Günü və Şəhadətə ucaldığı gündür.
9 oktyabr 2025-ci tarixində Bərdəli İlkin Mahir oğlu Süleymanovun, Lerikli Ramil Mərdan oğlu Ağayevin, əslən Gürcüstanlı Elzar Süleyman oğlu Yusubovun bu gün Əbədiyyətə uğurlanmalarının, Sumqayıtlı İsmayıl Sadiq oğlu Qasımovun isə Şəhadətə ucalmasının beşinci ilidir.

Etikxeber.az xəbər verir ki, ailənin 4 övladından biri olan İlkin Süleymanov 1983-cü ilin 26 oktyabr tarixində dünyaya gəlib.
Orta məktəbi bitirdikdən sonra Əgərliyə yollanıb, həqiqi hərbi xidmətini başa vurduqdan sonra isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb.
Peşəkar hərbçi, Baş gizir olub.
İkinci Vətən Müharibəsi başlayan zaman təqaüdə göndərilməsinə cəmi 6 ay qalıbmış…
Şərəfli döyüş yolu 12 gün çəkib.
Və Suqovuşan istiqamətində döyüşlərdə, oktyabrın 8-də Şəhidlik məqamına yüksəlib.
Nəşi bir gün sonra, oktyabrın 9-da Kələntərli Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra medallarla təltif olunub.
O, Kələntərli kəndinin 5 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
İlkin eyni zamanda, ailəli olub.
3 övladı-iki qızı, bir oğlu ailəsinə, Vətənə əmanət qalıb.
Övladları orta məktəb şagirdləridir.
***

Mayor Ramil Mərdan oğlu Ağayev 1984-cü ilin dekabr ayının 20-də Lerikdə dünyaya gəlib.
Ailədə üç qardaşdan biri olub.
Ali-hərbi təhsilli, peşəkar hərbçi idi.
Mayor hərbi rütbəsini daşıyıb.
İkinci Vətən Müharibəsi zamanı oktyabrın 8-də Füzuli döyüşləri zamanı Şəhid olub.
Nəşi bir gün sonra, oktyabrın 9-da Lerikdə dəfn edilib.
Ramil də ailəli olub.
2 qız övladı-2007-ci il təvəllüdlü Aysu və 2008-ci il təvəllüdlü Zəhra Vətənə əmanət qalıb.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
***
Elzar Yusubov 1989-cu il yanvarın 9-da Gürcüstanın Dmanisi rayonunun Qəmərli kəndində dünyaya göz açıb.
1992-ci ildə Azərbaycana köçən Yusubovlar ailəsi Bakının Hövsan qəsəbəsində məskunlaşıblar.
1995-2007-ci illərdə Hövsan qəsəbəsində Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbdə oxuyub. 2007-2011-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb.
2011-2012-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə keçib.
2013-cü ildə Daxili Qoşunların sıralarında Manqa Komandiri vəzifəsində xidmət edib.
2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Leytenant hərbi rütbəsində xidmət göstərib.
Elzar Yusubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altındakı ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Oktyabrın 8-də isə Füzuli döyüşləri zamanı qəhrəmancasına Şəhid olub.
Nəşi 9 oktyabrda Hövsan qəsəbəsində dəfn edilib.
Ailəli olan Elzarın iki qız övlad-Ayan və Mələyi ailəsinə, Vətənə əmanət qalıb.
Şəhidliyindən sonra 3-cü dərəcəli dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
***
İsmayıl Qasımov isə 17 dekabr 1989-cü ildə Sumqayıt şəhərində anadan olub.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı idi.
1996-cı ildə Sumqayıt şəhər 14 saylı orta məktəbin birinci sinfinə daxil olub və həmin məktəbi 2007-ci ildə bitirib.
2008-ci ildə həqiqi hərbi xidmətə yollanıb və 2009-cu ildə xidmətini başa vurub.
Könüllü şəkildə İkinci Vətən Müharibəsində iştirak edib.
Döyüş yolu 13 gün çəkən İsmayıl 9 oktyabr 2020-ci ildə Füzuli döyüşləri zamanı Şəhid olub.
Ancaq nəşi uzun müddət sonra, 10 dekabr 2020-ci ildə İkinci Fəxri Xiyabanda dəfn edilib.
İsmayıl da digər üç Şəhidimiz kimi ailəli olub.
Tək oğlu–Cəsuru Vətənə əmanət qalıb.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
***
FOTOLAR:










12:00
***
Şəhadət Günü ilə bu gün səhər saatlarında Şəhid İsmayıl Qasımovun Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.
Qısa çıxışlar olunub.
Şəhidin doğmalarına-anası Mahirə xanıma Allahdan səbr və dözüm arzulanıb.
İsmayıl Qasımovun 31 illik qısa, lakin şərəfli ömür və döyuş yolundan, Vətən naminə fədakarlığından bəhs olunub.
Anası Mahirə Nəzərlinin dediklərindən:
“İsmayıl uşaqlıqdan çox vətənpərvər övlad idi…Vətənini hər şeydən, hər kəsdən çox sevirdi…İkinci Vətən Müharibəsindən az öncə pandemiya, yolların bağlı olmasına baxmayaraq, Vətənə döndü və müharibə zamanı da könüllü şəkildə döyüşlərə qatıldı…Bir ana kimi onu fikrindən döndərməyə çalışsam da, etiraz etsəm də, məni dinləmədi, Vətəninin müdafiəsinə atıldı…Bir ana kimi mənim üçün çox çətindir, amma Oğlumla, İsmaylımla Fəxr edir, Qürur duyuram…Fəxr edir, Qürur duyuram ki, İsmayıl kimi bir Oğulun, İgidin anasıyam…”
Şəhidin məzarını ziyarətdən sonra isə Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim evində adına çay-ehsan süfrəsi açılıb.
Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Bir daha ruhuna dualar olunub, xatirə fotoları çəkdirilib.
14:00
Bu gün eyni zamanda, Anım Günü ilə bağlı Elzar Yusubovun Hovsan qəsəbə qəbiristanlığındaı məzarı ziyarət edilib.
Məzarı üzərinə gül dəstələri və əklil qoyulub.
Şəhidin ruhuna dualar olunub, “Quran” oxunub.
Ailəsinə, doğmalarına Allahdan səbr dilənib.
Məktəblillər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Məzarı ziyarətdən sonra isə Hovsan qəsəbəsindəki Mərasim evinda Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi təşkil olunub.
Bir daha ruhuna dualar edilib.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, doğmaları, Şəhid ailələri, ziyalılar, müəllim və şagirdlər, din xadimləri və digərləri iştirak ediblər.
15:50
***
FOTOLAR:














17:50
***










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





