Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.
Bakılı, polkovnik-leytenant Rəşad Quliyev, Bakılı, Gizir Sübhran Abdurahmanlı və əslən Siyəzənli-Azərbaycan Ordusunun Əsgəri Rəşid Həmidovun bu gün Əbədiyyətə uğurlanmasından 3 il keçir.
Etikxeber.az xəbər verir ki, Rəşad Rəşid oğlu Quliyev 1983-cü il, 23 sentyabr Sübhan Mahir oğlu Abdurahmanlı 1992-ci il, 18 oktyabr, Rəşid Pərviz oğlu Həmidov isə 1999-cu il, 19 sentyabr təvəllüdlüdür.
Rəşad Quliyevlə Sübhan Abdurahmanlı peşəkar hərbçi, Rəşid Həmidov isə Azərbaycan Ordusunun Əsgəri olub.
37 illik ömrünün 23 ilini hərbdə, səngərlərdə keçirən, vaxtsız itirdiyi atasının vəsiyyəti ilə hərb sənətini seçən Rəşad Quliyev ali təhsilli, Sübhan Abdurahmanlı ilə Rəşid Həmidov isə orta təhsilli idilər.
Rəşad Quliyev ailənin 3 övladından biri və tək oğul, Sübhah Abdurahmanlı evin 3 övladından və iki qardaşdan biri, Rəşid Həmidov iki övladdan biri və tək oğul olub.
Rəşid Həmidov həm də Bakıda, kirayələrdə yaşayıb və anası tərəfindən təkbaşına böyüdülüb
Rəşad Quliyev ailəli-ik övlad atası, Sübhan Abdurahmanlı və Rəşid Həmidov subay olub.
Rəşad Quliyev Cəbrayıl, Sübhan Abdurahmanlı Füzuli, Rəşid Həmidov isə Murov istiqamətlərində Şəhid olublar.
Rəşad Quliyev ikinci Şəhidlər Xiyabanında, Sübhan Abdurahmanlı ikinci Fəxri Xiyabanda, Rəşid Həmidov isə Siyəzəndə Əbədiyyətə uğurlanıb.
Rəşad Quliyev həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra bir neçə medalla və “Azərbaycan Bayrağı” ordeni, Sübhan Abdurahmanlı 1 orden və bir neçə medalla, Rəşid Həmidov isə medallarla təltif olunub.
***
Bu gün həm də əslən Naxçıvan Muxtar Respublikasından və iki övlad atası olan Sübhan Məmmədlinin Anım Günüdür.
Sübhan Məmmədli də Azərbaycan Ordusunun peşəkar həbçilərindən, Baş leytenant olub…
Həm də ailənin iki övladından, iki qardaşdan biri idi…
1994-cü ilin avqust ayının 12-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xincan kəndində dünyaya gələn Sübhan Məmmədli də həyatını Ordu, hərb ilə bağlayıb, ali hərbi təhsil alıb…
İkinci Vətən Müharibəsi zamanı ilk gündən döyüşlərdə iştirak edib, şərəfli döyüş yolu 10 gün çəkib və oktyabrın 6-dan 7-nə keçən gecə Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi oktyabrın 7-də İkinci Şəhidlər Xiyabanında (İkinci Fəxri Xiyabanda) dəfn edilib…
Şəhidliyindən sonra bir orden və bir neçə medalla təltif olunub…
***
Bu gün eyni zamanda, Kapitan Sənan Kərimovun Şəhidlik məqamına ucaldığı gündür.
Sənan Kərimov 1991-ci il martın 29-da Ağdam rayonunda, sadə bir ailədə anadan olub…
Ailənin 3 övladından biri, iki bacının tək qardaşı olub…
2007-2016-cı illərdə Bakı şəhərində orta məktəbdə oxuyub…
Sonra hərb sənətini, hərb yolunu seçib və 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsilini davam etdirib…
2009-2013-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə ali təhsil alıb…
2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə-Aprel döyüşlərində iştirak edib…
İkinci Vətən Müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına Şəhid olub…
Nəşi bir gün sonra, oktyabrın 8-də ikinci Şəhidlər Xiyabanında (İkinci Fəxri Xiyabanda) torpağa tapşırılıb…
Şəhidliyindən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və bir neçə medalla təltif edilib…
Sənan həm də subay olub…
***
Bu gün səhər saatlarında adları çəkilən Şəhidlərin məzarları ziyarət olunacaq, məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar ediləcək.
Şəhidlərin məzarlarını ziyarətdən sonra Anım mərasimləri keçiriləcək, adlarına ehsan veriləcək, bir daha ruhlarına dualar oxunacaq.
Məqamları Uca, məkanları cənnətlik, ruhları şad olsun!
Nur içində yatsınlar!





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





