Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-9 dekabr 2025-ci il tarixində daha bir Qazimizin, daha bir İkinci Vətən Müharibəsi veteranının həyatında gözəl, unudulmaz gün yaşanıb.
Bakılı, Sabunçulu, Pirşağılı İkinci Vətən Müharibəsi iştirakçısı, üç medallı, müharibə veteranı Səbuhi Əliyevin toyu olub.
Toy Yasamal rayonunda yerləşən “Sizin Saray” şadlıq sarayında baş tutub.
Saat 18:00-da başlayan toy məclisi 5 saatdan çox davam edib.
Toyda Bəylə gəlinin ailə üzvləri, doğmaları, dost-tanışlar, iş yoldaşları, Şəhid ailələri, Qazilər, ziyalılar, sənət adamları və digər şəxslər iştirak ediblər.
Öncə Bəylə gəlin-Səbuhi ilə onun Yarı Zəhra xanım “Vağzalı” və alqış sədaları altında məclisə daxil olublar.
Ardınca Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himnimiz səsləndirilib.
Sonra çıxışlar, təbriklər başlayıb.
Bəylə gəlinin valideynləri, Şəhid anaları və Şəhid ataları, digər qonaqlar çıxış ediblər.

Çıxışlarda Bəylə gəlinin valideynlərinə gözaydınlığı verilib, o cümlədən yeni cütlüyə xoşbəxtlik, ailə səadəti arzulanıb.
Çıxışlardan sonra bir-birinin əvəzləyən gözəl mahnılar, musiqilər səsləndirilib, rəqslər ifa edilib.
Bir sözlə, gözəl bir gün, gözəl bir məclis yaşanıb.
Allah xoşbəxt və bəxtəvər etsin!
23:59
***
FOTOLAR:













00:30, 10 dekabr 2025
***












00:55
***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





