İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin bu gün Anım Günüdür.
İkinci Qarabağ Savaşı Şəhidlərindən Ramal Məmmədovun, Tural Şakir oğlu Abdullayevin və Ziyadxan İbrahim oğlu Əliyevin Əbədiyyətə uğurlanmasının üçüncü ildönümüdür.
Etikxeber.az xəbər verir ki, əslən Gəncəli olan Ramal Məmmədov 2000-ci il, əslən Laçın-Xocalılı olan Tural Abdullayev 1990-cı il, əslənCəbrayıllı olan Ziyadxan Əliyev isə 1997-ci il təvəllüdlüdür.
Ramal Məmmədov 2000-ci ilin yanvarın 1-də Gəncə şəhərində, Ziyadxan Əliyev 1997-ci ilin yanvarın 12-də Kürdəmir rayonunun Carlı kəndində, Tural Abdullayev isə 1990-cı ilin 26 fevral tarixində Laçın rayonunun Əriklıi kəndində dünyaya gəlib.
Qeyd edək ki, Tural Abdullayevin doğum günü Xocalı soyqırımı günü ilə üst-üstə düşdüyünə görə sağlığında heç zaman qeyd edilməyib…
Ramal Məmmədov evin-ailənin tək övladı olub, körpə vaxtlarından anası, əslən Qarabağlı İlhamə xanım tərəfindən təkbaşına böyüdülüb…
Ziyadxan Əliyev ailənin 3 övladından biri, Tural Abdullayev isə evin tək oğlu, iki bacının tək qardaşı olub…
Ziyadxan Əliyev ali təhsilli, Tural Abdullayevlə Ramal Məmmədov isə orta təhsilli olub…
Tural Abdullayev peşəkar hərbçi-Xüsusi Təyinatlı, Ziyadxan Əliyev İkinci Vətən Müharibəsinin könüllü iştirakçısı, Ramal Məmmədov isə Azərbaycan Ordusunun Əsgəri idi…
Hər üçü də subay olublar…
Tural Abdullayev Kəlbəcər-Murovdağ istiqamətində, Ramal Məmmədov Füzuli istiqamətində, Ziyadxan Əliyev isə Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıblar…
Şəhidliklərindən sonra hər üçün orden və medallarla təltif olunublar…
Bakının Binə qəsəbəsində ailəsinin yaşadığı küçəyə Tural Abdullayevin adı verilib…
Tural Abdullayev Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında, Ramal Məmmədov Lökbatan qəsəbə Şəhidlər Xiyabanında, Ziyadxan Əliyev isə Kürdəmir rayon Şəhidlər Xiyabanında dəfn edilib.
***



Anım Günləri ilə bağlı bu gün səhər saatlarında hər üçün Şəhidin məzarı ziyarət olunub, məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhlarına dualar oxunub…
Eyni zamanda, məzarları önündə çıxışlar edilib, ailələrinə Allahdan səbr dözüm arzulanıb…
Adları çəkilən Şəhidlər də daxil olmaqla, cəmi Şəhidlərin İgidlik və Qəhrəmanlıqlarından, tarixi Qələbə və Zəfərimizdəki rollarından, xidmətlərindən, Vətən naminə fədakarlıqlarından danışılıb…


Sonra Şəhidlərlə bağlı Lökbatan və Binə qəsəbələrində, eləcə də Kürdəmir rayonunda Anım mərasimləri düzənlənib, adlarına ehsan süfrələri açılıb…
Bir daha Şəhidlərin ruhlarına dualar oxunub…
Şəhidlərin məzarlarını ziyarətdə və Anım mərasimlərində ailə üzvləri, yaxınları, Şəhid ailələri, hərbçilər, Qazilər, müvafiq yerli İcra Hakimiyyətlərinin nümayəndələri, din xadimləri, millət vəkilləri və digər şəxslər iştirak ediblər.
Məqamları Uca, məkanları cənnətlik olsun!
Nur içində uyusunlar!
13:54
***
FOTOLAR:
ŞƏHİD RAMAL MƏMMƏDOVUN MƏZARINI ZİYARƏT…


VƏ HƏR ZAMAN ŞƏHİD AİLƏLƏRİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ AYDIN HÜSEYNOV…








***
ANA(LAR) YANAR, AĞLAR VƏ YA SÖZÜN BİTDİYİ YER, KƏLMƏLƏRİN ACIZ QALDIĞI AN…





***











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az