İkinci Vətən Müharibəsinin 16 oktyabr Şəhidləri-Yeddi bacının tək qardaşı Elşən Kərimov, tək övlad Elmar İbrahimov, ailənin üç övladından biri Saleh Əliyev və Ərəstun Xıdırov, tək oğul Emil Sadıqzadə…SABAH ƏBƏDİYYƏTƏ UĞURLANMALARINDAN DÖRD İL ÖTÜR, ANIM GÜNLƏRİDİR…

İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin sabah-16 oktyabr 2024-cü il tarixində Anım günləridir.

Sabah Goranboylu Elşən Kərimovun, Bərdəli Ərəstun Xıdırovun, Samuxlu Emil Sadıqzadənin, Mingəçevirli Elmar İbrahimovun və əslən Füzulili, özü isə Bakılı olan Saleh Əliyevin Əbədiyyətə uğurlanmasından dörd il keçir.

Etikxeber.az xəbər verir ki, Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan Elşən Rövşən oğlu Kərimov 2001-ci ilin iyunun ayının 26-da, Samux rayonunun Qovlarsarı kəndindən olan Emil Əziz oğlu Sadıqzadə 2000-ci ilin iyul ayının 22-də, Bərdə rayonundan olan Ərəstun Arif oğlu Xıdırov 1998-ci ilin 18 mart tarixində, Bakı şəhərinin Zabrat qəsəbəsindən olan Saleh Namiq oğlu Əliyev 1992-ci ilin 28 avqustunda və Mingəçevir şəhərindən olan Elmar Nəriman oğlu İbrahimov isə 1998-ci ilin 2 sentyabrında sadə bir ailədə dünyaya gəlib.

Elşən Kərimov 7 bacının tək qardaşı, Emil Sadıqzadə ailənin 3 övladından biri və tək oğul, Ərəstun Xıdırovla Saleh Əliyev evin 3 övladından, iki qardaşdan biri, Elmar İbrahimov isə tək övlad olub.

Emil Sadıqzadə ilə Saleh Əliyev kollec (texnikum) təhsilli, Elşən KərimovƏrəstun XıdırıovElmar İbrahimov orta təhsilli idi.

Ərəstun Xıdırov Azərbaycan Ordusunun hərbçisi-MAXE, Emil Sadıqzadə ilə Elşən Kərimov Əsgər olub.

Emil Sadıqzadə həm də Xüsusi Təyinatlılardan idi.

Saleh Əliyev Elmar İbrahimov isə İkinci Vətən Müharibəsinə könüllü olaraq qatılıblar.

Emil Sadıqzadə, Elşən Kərimov və Saleh Əliyev Füzuli rayonu, Ərəstun Xıdırovla Elmar İbrahimov isə Suqovuşan istiqamətində qəhrəmancasına Şəhid olublar.

Elşən Kərimovun nəşi Qızılhacılı (Balükürd) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında, Ərəstun Xıdırovun nəşi Bərdə rayon Şəhidlər Xiyabanında, Emil Sadıqzadənin nəşi Qovlarsarı kənd qəbiristanlığında, Elmar İbrahimovun nəşi Mingəçevir Şəhidlər Xiyabanında, Saleh Əliyevin nəşi isə Zabrat qəbiristanlığında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Şəhidliklərindən sonra Elşən Kərimov, Ərəstun Xıdırov, Elmar İbrahimov və Saleh Əliyev medallarla, Emil Sadıqzadə “Azərbaycan Bayrağı” ordeni və bir neçə medalla təltif olunub.

Adları çəkilən, Anım günləri olan Şəhidlərin hər beşi də subay olub.

Ruhları şad olsun!

Ruhları qarşısında baş əyirik!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Yusifim 14 oktyabrda dünyaya gəldi, 14 oktyabrda da İkinci Şəhidlər Xiyabanında torpağa tapşırıldı…”-İKİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ, AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, SUBAY, QARDAŞI DA MÜHARİBƏ İŞTİRAKÇISI VƏ MÜHARİBƏ VETERANI OLAN YUSİF NƏCƏFOVUN ANASI FLORA NƏCƏFOVA – FOTOLAR

Read Next

İmişlili İkinci Vətən Müharibəsi Şəhidi Eldəniz Hüseynovun anası dövlət başçısına müraciət etdi: “İSTƏYİRƏM Kİ, ŞƏHİD ƏMİSİNİN AD VƏ SOYADINI DAŞIYAN ŞƏHİD OĞLUM ÖLKƏMİZİN ƏN ALİ ORDENLƏRİNDƏN BİRİ İLƏ TƏLTİF OLUNSUN”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir