Sabah Anım günləri olan, İkinci Vətən Müharibəsinin 30 oktyabr Şəhidləri-GORANBOYLU, EVİN-AİLƏNİN TƏK VƏ SUBAY ÖVLADI MƏHƏMMƏD ƏŞRƏFOV, BEŞ BACININ TƏK QARDAŞI, ALİ-HƏRBİ TƏHSİLLİ FUAD MƏHƏRRƏMOV VƏ 9 YAŞINDAN BİBİSİ TƏRƏFİNDƏN BÖYÜDÜLƏN, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ, SAMUXLU PƏRVİZ RÜSTƏMOV…

İkinci Vətən Müharibəsi Şəhidlərindən Goranboylu Fuad İmaməddin oğlu Məhərrəmov və Məhəmməd Yusif oğlu Əşrəfovun, eləcə də Samuxlu Pərviz Tufan oğlu Rüstəmovun Anım Günüdür.

Hər üç Şəhidin sabah-30 oktyabr 2024-cü il tarixində Əbədiyyətə uğurlanmasından dörd il ötür.

Etikxeber.az xəbər verir ki, Fuad Məhərrəmov 1994-cü ilin aprel ayının 5-də Zeyvə kəndində dünyaya gəlib.

Ailənin altı övladından biri, beş bacının tək qardaşı olub.

Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.

Ali təhsilli, peşəkar hərbçi idi.

Baş leytenant hərbi rütbəsini daşıyıb.

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə atılıb və şərəfli döyüş yolu 18 gün çəkib.

Oktyabr ayının 14-də isə Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 16 gün sonra, oktyabr ayının 30-da Zeyvə kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

O, həm də subay olub.

Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Şəhidin bacısı Nazilə Nəsirovanın həyat yoldaşı-iki övlad atası, hərbçi Xəqani Kamran oğlu Nəsirov da İkinci Vətən Müharibəsi Şəhididir.

***

Pərviz Rüstəmov 6 may 1992-ci il tarixində Samux rayonunda dünyaya gəlib.

Evin-ailənin tək və yeganə övladı olub.

Körpəliyindən atası, ata nənəsi və babası tərəfindən böyüdülüb.

7 yaşında isə atasını itirib və 9 yaşından Gəncə şəhərində yaşayan bibisi Elena xanımın himayəsində yaşayıb.

Orta təhsilini Gəncə şəhərində davam etdirib.

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2010-cu ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

2012-ci ildə Əsgərlikdən qayıtdıqdan illər sonra isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb.

Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.

Azərbaycan Ordusunun hərbçisi, MAXE kimi İkinci Vətən Müharibəsinə qatılıb və 2020-ci ilin oktyabr ayında Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir neçə gün sonra, 30 oktyabr tarixində Samux rayon qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Samuxda adını daşıyan küçə var.

28 yaşında Şəhidlik məqamına ucalan Pərviz də subay olub.

***

Xoşbəxt və Yusif Əşrəfovların tək oğlu, tək övladı olan Məhəmməd Əşrəfov isə  2002-ci ilin 9 aprel tarxində Goranboy rayonunun Veyisli kəndində dünyaya gəlib.

Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun-6 ayın Əsgəri kimi iştirak edib.

İkinci Qarabağ Savaşı zamanı-oktyabr ayında Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi günlər sonra, oktyabr ayının 30-da Veyisli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Məhəmməd həm də Veyislinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biri olub.

Məhəmməd də digər iki Şəhidimiz kimi subay idi.

Veyisli kəndində adını daşıyan küçə var.

Məkanları cənnətlik olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Konül Dəftərimiz” ölkə ədəbiyyatına dördüncü hədiyyəmizdir…”-FƏRİD NƏSİBAZDƏ – FOTOLAR

Read Next

İki bacının tək qardaşı, evin subay oğlu, peşəkar hərbçi, Gizir-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SƏMƏNDƏR İSMAYILZADƏNİN SABAH ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN DÖRD İL KEÇİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir