İkinci Vətən Müharibəsinin Goranboy və Naftalanlı 11 oktyabr Şəhidləri: ƏMİSİ BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ KƏNAN ƏLƏKBƏRLİ, İKİ ÖVLAD ATASI BƏHRUZ QULİYEV, BİR ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN TURAL QASIMOV, HƏR İKİSİ DƏ SUBAY VƏ QONŞU OLAN SAHİL RƏSULOVLA KAMİL QASIMOV – BU GÜN ANIM GÜNLƏRİDİR…

İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.

Bu gün Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən Kənan Ələkbərli, Sahil Rəsulov və Tural Qasımovun torpağa tapşırılmasından üç il keçir.

Etikxeber.az xəbər verir ki, Kənan Müşfiq oğlu Ələkbərli 1996-cı ilin may ayının 15-də Qızılhacılı qəsəbəsində, Sahil Sərvan oğlu Rəsulov 1999-cu ilin iyul ayının 24-də Səfikürd kəndində, Tural Yelmar oğlu Qasımov isə 1991-ci ilin sentyabr ayının 21-də Düzqışlaq kəndində sadə bir ailədə dünyaya gəliblər.

Kənan Ələkbərli ilə Sahil Rəsulov ailənin 3 övladından biri və tək oğul olub.

Tural Qasımov isə ailənin övladından biri və evin sonbeşiyi idi.

Hər üç Şəhid orta təhsilli olublar.

Əmisi Birinci Qarabağ Savaşının Şəhidi olan Kənan Ələkbərli və Tural Qasımov İkinci Vətən Müharibəsində könüllü olaraq, iştirak ediblər.

Sahil Rəsulov isə Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.

Hər üç Şəhid də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıblar.

Kənan Ələkbərli Qızılhacılı qəbiristanlığındakı Şəhidlər Xiyabanında, Sahil Rəsulov Səfikürd qəbiristanlığındakı, Tural Qasımov isə Düzqışlaq qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıblar.

Hər üçü də Şəhidliklərindən sonra bir neçə medalla təltif ediliblər.

Tural Qasımov ailəli, Əli adlı bir övlad atası, Kənan Ələkbərli nişanlı, Sahil Rəsulov isə subay olub.

Tural Qasımov həm də həyat yoldaşının ad günündə Əbədiyyətə uğurlanıb.

***

Bu gün həm də Naftalanlı Bəhruz Firuz oğlu Quliyev və Goranboylu, Səfikürdlü Kamil Nüsrət oğlu Qasımovun Anım Günüdür.

Hər ikisi də Azərbaycan Ordusunun hərbçisi, MAXE olublar.

1990-cı il təvəllüdlü Bəhruz Quliyev ailənin iki övladından biri və tək oğlu, 1995-ci il doğumlu Kamil Qasımov isə evin 4 oğlan övladından biri və sonbeşiyi olub.

Bəhruz Quliyev ailəli, iki qız atası, Kamil Qasımov isə subay idi.

Hər ikisi də eyni istiqamətlərdə – Tərtər-Ağdərə-Suqovuşan istiqamətlərində qəhrəmancasına Şəhidlik məqamına yüksəliblər.

Nəşi bir həftədən sonra əldə edilən Bəhruz Quliyev Naftalan şəhər qəbiristanlığında, Nüsrət Qasımov isə Səfükürd qəbiristanlığındakı Şəhidlər məzarlığında torpağa tapşırılıb.

Hər ikisi də Şəhidliklərindən sonra 3 medalla təltif olunublar.

***

Bu gün hər beş Şəhidin məzarı ziyarət olunacaq, məzarları üzərinə gül dəstələri düzüləcək.

Ruhlarına dualar ediləcək, qısa çıxışlar olunacaq, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək, sonra isə Şəhidlərin Anım mərasimləri keçiriləcək, adlarına ehsan veriləcək.

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Həm Bərdəli, həm də Bakılı İkinci Vətən Müharibəsi Şəhidi, ailənin tək və nişanlı oğlu-FƏXRİ QƏRİBZADƏNİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, KÖVRƏK ANLAR YAŞANDI, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

Heç zaman şəxsi evləri-ocaqları olmayan, yataqxana zirzəmisində böyüyən, 2020-ci ilin 11 oktyabrında, cəmi 19 yaşında Şəhid olan-QƏBƏLƏLİ ELMƏDDİN MUSTAFAYEV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir