İkinci Vətən Müharibəsinin Qazisi Fatma Yıldırıma, Lent.az-a, DİM-ə və ADNSU-ya-TƏŞƏKKÜR ETDİ…

Bu post ilə bir sıra dəyərli insanlara təşəkkür etmək istəyirəm. Dünən gecə univeristet ilə bağlı paylaşımı işıqlandırdıqdan sonra ilk paylaşımlara köməklik göstərən Adil Vəliyevə, Kamal Qasımova təşəkkür edirəm. Bu çətin vəziyyətimdə problemimi işıqlandırmaqda mənə köməklik göstərən Lent.az saytının rəhbərliyinə və kollektivinə-başda Qabil bəy olmaqla, təşəkkür edirəm. Paylaşımları gördükdən sonra Bərdənin millət vəkili olaraq öz köməkliyini əsirgəməyən Fatma xanım Yıldırıma təşəkkür edirəm.

Etikxeber.az xəbər verir ki, bunu İkinci Vətən Müharibəsinin iştirakçılarından, Qazilərindən olan Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin tələbəsi Mustafa Həsənov öz “Facebook” səhifəsində qeyd edib.

“Bundan əlavə olaraq Dövlət İmtahan Mərkəzi (DİM) və Azərbaycan Dövlət Neft və Sənaye Univeristetində (ADNSU) mənim işimin bərpası üçün əllərindən gələni əsirgəməyən tanımadığım şəxslərə təşəkkür edirəm. Hər biriniz var olun. Tələbə adını qazanmağım üçün əlinizdən gələn köməkliyi əsirgəmədiniz. Allah hər birinizdən razı olsun! Əziz dostlar, mən artıq Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin tələbəsiyəm”-deyə, o, sonra qeyd edib.

Təbrik edirik!

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi: Qəhrəman Goranboyun Şəhidləri-ELMAN, FARİZ, ELŞƏN, NOFƏL, KƏNAN, İLKİN, ŞAMƏDDİN, MÜBARİZ, TALEH, KAMİL, EMİL, NİCAT… – FOTOLAR

Read Next

“Onlar vəhşi kimi davranmış və şəhərlərimizi darmadağın etmişlər…”-İlham Əliyev İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin nümayəndə heyətini – QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir