İkinci Vətən Müharibəsi Şəhidi Ərəstun Xıdırov və 16 noyabr Şəhidi Elmin Əlizadə-BU GÜN ƏRƏSTUN XIDIROVUN 25, ELMİN ƏLİZADƏNİN 20 YAŞI TAMAM OLUR…

Bu gün daha iki Şəhidin-İkinci Vətən Müharibəsi Şəhidi-Bərdəli Ərəstun Arif oğlu Xıdırov və 16 noyabr 2021-ci il tarixində Vətən yolunda canını fəda edən 7 Şəhiddən biri- Mingəçevirli (əslən Ağdamlı) Elmin Samir oğlu Əlizadənin doğum günüdür.

Ərəstun Xıdırovun bu gün yubiley-25 yaşı, Elmin Əlizadənin yubiley-20 yaşı tamam olur.

Bu gün Ərəstun Xıdırovun Cənnətdəki üçüncü, Elmin Əlizadənin isə Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, əslən Laçınlı MAXE Ərəstun Xıdırov 1998-ci ilin mart ayının 18-də Bərdədə, sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri olub.

İkinci Vətən Müharibəsindən cəmi  bir ay öncə MAXE kimi fəaliyyətə başlayıb.

Və İkinci Vətən Müharibəsi zamanı Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə yüksəlib.

Oktyabrın 16-da nəşi Bərdəyə gətirilərək, Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra iki medalla-“Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Şəhidin ailəsi övladlarının eyni zamanda, ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.

Ötən il, Cənnətdəki ikinci doğum günündə isə Şəhidin adını daşıyan bacısı oğlu-balaca Ərəstun dünyaya gəlib.

Bu gün balaca-dayısının adını daşıyan Ərəstunun ilk doğum günüdür.

Dayısının torpağı sanı yaşasın!

Ərəstun həm də subay olub.

***

Cəmi 8 ayın Əsgəri olan Elmin Samir oğlu Əlizadə isə 2003-cü ilin mart ayının 18-də anadan olub.

Əslən Ağdamlı olan Elmin Mingəçevir şəhərində dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu olub.

2021-ci ilin noyabr ayının 16-da Ermənistanın növbəti təxribatı nəticəsində Laçın istiqamətində baş vermiş döyüşlər zamanı Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Elmin də subay olub.

Hər iki Şəhidin məkanları cənnətlik, ruhları şad, məqamları Uca, Cənnətdəki doğum günləri mübarək olsun!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Şəhid ailələri və Qarabağ əlilləri üçün nəzərdə tutulan 36 mənzilli binanın tikintisi daha əvvəlki illərdə qaldırdığımız vacib və həllini gözləyən məsələlərdəndir…”-JALƏ ƏLİYEVA ZƏRDAB VƏ UCARLA BAĞLI VACİB MƏSƏLƏLƏRİ BİR DAHA HÖKUMƏTİN DİQQƏTİNƏ ÇATDIRDI VƏ…

Read Next

“Bu gün “Qarabağ Ermənistandır və nöqtə” deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın…Bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. İndi özü üçün yeni ağa axtarışındadır…Bilmir kimin ayağının altına yıxılsın…Bunun heç bir xeyri olmayacaq”-İLHAM ƏLİYEV TALIŞ KƏNDİNDƏN AZƏRBAYCAN XALQINA MÜRACİƏT ETDİ – YENİLƏNİB – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir