İkinci Vətən Müharibəsi Şəhidi Rəşad Zeynallı-SÖZLƏRƏ, KƏLMƏLƏRƏ SIĞMAYACAQ 22 İLLİK ÖMÜR YOLU, HƏYAT HEKAYƏTİ… – FOTOLAR – YENİLƏNİB

Bu gün-4 iyun 2023-cü il tarixində daha bir Şəhid ailəsini ziyarət etdim…

Daha bir Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidinin-Şəhidimizin evində, ocağında, ailəsində oldum…

Bakı şəhərinin Nəsimi rayonunun (həm də əslən İmişlili) İkinci Vətən Müharibəsi Şəhidi, ailənin üç övladından biri, evin tək, ali təhsilli və subay oğlu, Azərbaycan Ordusunun Əsgəri Rəşad Qiyas oğlu Zeynallının ailə üzvləri, valideynləri ilə bir araya gəldim…

Qeyd edim ki, Rəşad Zeynalının atası Qiyas kişi ilə bir müddət öncə İkinci Vətən Müharibəsinin əfsanəvi Qəhrəmanlarından olan “Azərbaycan Bayrağı” ordenli polkovnik-leytenanat Rəşad Quliyevə həsr olunmuş filmin təqdimatı zamanı tanış olmuşdum…

Eyni zamanda, bugünlərdə daha bir İkinci Vətən Müharibəsi Şəhidi-ailənin tək övladı Emin İsmayılovun Cənnətdəki üçüncü doğum günü Şəhidimizin həm atası, həm də anası ilə bir araya gəlmiş, onlarla birlikdə Şəhidimizin İkinci Fəxri-Şəhidlər Xiyabanındakı məzarını ziyarət, ruhuna dualar etmişdim…

Və Şəhidimizin valideynlərinə söz vermişdim ki, bir gün gəlib onları evlərində, ocaqlarında da ziyarət edəcəyəm…

Və bu gün axşam saatlarında Şəhidimizin ailə üzvləri-valideynləri ilə görüşdüm…

Onlara bir daha Allahdan səbr dilədim…

Bir daha “Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Şəhidimizin, Şəhidlərimizin ruhlarına daim ehtiram göstərməyə, onların valideynlərini, ocaqlarını hər zaman ziyarət etməyə borclu olduğumu, borclu olduğumuzu dilə gətirdim…

Çünki Şəhidlərimizə, onları bu Vətən üçün yetişdirən valideynlərə bir ömür borcluyuq və heç zaman da bu borcu ödəyə bilməyəcəyik…

Bu, mümkün deyil…

Şəhidimizin valideynləri ilə birlikdə Rəşadın keçdiyi 22 illik qısa, lakin şərəfli həyat və döyüş yoluna nəzər saldım…

Qürurlandım, təsirləndim, kövrəldim…

Şəhidimizin atası Qiyas kişinin dediklərindən:

“Rəşadla müharibədən bir gün öncə danımışdıq…Müharibə vaxtı isə oktyabrın 7-də danışdıq…Telefonu verdim, əvvəlcə anası ilə danışıdı, sonra mənimlə…Dedim ki, atanın balası, halal olsun, torpaqlarımızı ala-ala qabağa gedirsiniz…Qayıdanda Qalib Əsgər kimi hərbi formada dönərsən…Dedi ki, hərbi formada və üstündə də bayraq…Dedim ki, atanın balası, inşallah…Yoldaşım dedi ki, heç bilirsən nə deyirsən, oğlumuz deyir ki, Şəhid olacağam…Və bir gün sonra oğlumuz Vətən yolunda Şəhid oldu, arzusuna qovuşdu…Bir neçə dəfə demişdi ki, mən Şəhid olacağam…Hətta Əsgərlik vaxtı telefonla danışarkən, anası “Hər dəfə səs-küy gələndə, müharibə sözü eşidəndə narahat oluram…”-demişdi və Rəşadın cavabı da bu olmuşdu ki, ana, uzağı Şəhid olacağıq…Bəli, Rəşad Şəhid olacağını bilirdi və ona doğru yürüyürdü…Şəhidlik oğlumuzun qisməti, alın yazısı idi və Allah onu Şəhidlik məqamına yüksəltdi…”

Bəli, Şəhidimizin atası danışdıqca, cəmi Şəhidlərimiz kimi Rəşad da bir daha gözlərimdə Ucaldı, bir daha Onunla, Vətən yolunda canını fəda edən Oğullarımızla Fəxr etdim, İftixar hissi keçirdim…

Bəli, Rəşad da əsl Vətən sevdalısı bir Oğul, əsl Qəhrəman, İgid bir Azərbaycan övladı, Azərbaycan fədaisi olub…

Vətən sevdalılığı, Torpağa bağlılığı sözlərlə, cümlələrlə, kəlmələrlə ifadə edilməyəcək bir İgid, bir Qəhrəman…

Rəşad belə bir Oğul olub və hər daim də yaddaşlarda, onu sevən ürəklərdə belə qalacaq…

Heç zaman unudulmayıb və heç zaman unudulmayacaq…

Daim xatırlanacaq, daim mənən, ruhən bizlərlə-onu sevənlərlə birlikdə yaşayacaq…

Məqamı uca, məkanı cənnətlik olsun!

Nur içində uyusun!

22:00

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusunun Şuşa, Xocalı, Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub-MN – YENİLƏNİB

Read Next

“Ermənistan tərəfinin 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid etməsi əvəzinə, delimitasiya işinə başlaması daha faydalı olardı”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir