İkinci Vətən Müharibəsi: Xaçmazın Dastan yazan Şəhidləri-ARƏSTƏ, KƏRƏM, ELŞƏN, ELMƏDDİN, RAUF, CABBAR, VAHİD, DAVUD, ELVİN, ELSƏVƏR, ORXAN, QÜRBƏT…

44 günlük İkinci Vətən Müharibəsi, İkinci Qarabağ Savaşında iştirak edən, vuruşan, döyüşən, igidlik nümayiş etdirən, qəhrəmanlıq Dastanı yazanlar arasında Xaçmazdan olan İgidlərimiz də az deyil...

Onlar arasıında sıravi əsgərlər, könüllülər, səfərbərliyə cəlb olunanlar, peşəkar hərbçilər də var…

Onlardan 46-sı isə Vətən, Qarabağ uğrunda döyüşlərdə canlarından keçərək, qəhrəmancasına həlak olub, Şəhidlik zirvəlsinə, Şəhidlik Məqamına ucalıblar...

Hətta Xaçmazlı Şəhidlər arasında xanım da var…

Atalar məsəlində də deyildiyi kimi, aslanın erkəyi, dişisi olmaz…

Onlar ölümləri ilə Ölümsüzlüyə qovuşub, ölümü şərəfləndiriblər…

Hər birinin müqəddəs ruhu qarşısında baş əyir, “nur içində yatsınlar” deyirik.

Onlara borcluyuq, onlara minnətdarıq…

Zəfərimizə, Qələbəmizə, əmin-amanlığımıza görə…

Hər zaman mənən, ruhən bizimlədirlər, bizlərlə olacaqlar!

Beləliklə,

İkinci Vətən Müharibəsi – İkinci Qarabağ Savaşı zamanı Şəhid olmuş Xaçmazlı Şəhidlərin siyahısını təqdim edirik:

1 Ağasıyev Elşən Ağabala oğlu, 22.09.1999, 2. Alxasov Elməddin Rəsul oğlu 29.09.1994, 3. Babayev Rauf Fəxrəddin 05.07.2001, 4. Baxışov Sadiq Bəkir oğlu 02.12.2001, 5 . Baxışova Arəstə Kərim qızı 04.05.1989, 6. Baxşiyev Vahid Məclum 17.05.1999, 7. Bayramov Məmməd Arif oğlu 23.11.2001, 8. Gizir Çobanov Orxan Zahid oğlu 02.08.1997, 9. Dadaşov Zaur Zümrüd oğlu 15.12.1997, 10. Daşdəmirov Orxan Rafael oğlu 27.02.2001, 11. Əkbərov Cabbar Əşrəf oğlu 17.07.2002, 12. Əliyev Elsevər Hikmət oğlu 07.08.2001.

13.Əsgərov Xəqani Səfa oğlu 27.08.1995, 14.Fərəcov Fəxrəddin Feyzulla oğlu, 15. Hacıyev Davud Novruz oğlu 14.07.1998, 16. Heydərov Ehtiram Şahin oğlu 05.03.2000, 17. Hüseynli İlqar Şəmyət oğlu 06.10.1976, 18. İmanov Rəhim Rauf oğlu 09.08.1990, 19. İslamov Cəlal Ağahüseyn oğlu 03.07.2001, 20. Mədinov Rəşid Nəzər oğlu 24.04.1996, 21.Məlikməmmədov Elvin Elçin oğlu 20.05.2002, 22 Məmmədəliyev Şöhrət Mehman oğlu 11.01.1998, 23. Məmmədov İlahəddin Dilamədin oğlu 02.07.2001, 24 Məmmədov Mahir Ağasəlim oğlu 28.01.1981.

25. Mahmudov Vüsal Xəyyam oğlu 10.03.2002, 26. Məmmədov Pərvin Natiq oğlu 04.08.2001, 27 Mürsəliyev Anar Səfər oğlu 21.11.2001, 28. Mustafayev Samir Azər oğlu 10.03.2000, 29. Osmanov Orxan Mənsur oğlu 25.11.1999, 30. Qədirov Müqəddəs Nail oğlu 14.05.1992, 31. Qocayev Günəş Əfqan oğlu 12.11.1996, 32. Rəşidov İlham Tahir oğlu 01.03.1983, 33. Sadıqov Vüqar İlqar oğlu 30.04.2001, 34. Səfərəliyev Rəşad Fərman oğlu 02.10.2001, 35. Sərdarlı Rahim Rafik oğlu 13.08.1996, 36. Seyfullayev Fərid Xeyrulla oğlu 23.08.1991.

37. Sultanov Hüseyn Fərhad oğlu 26.04.1996, 38. Şıxmuradov Kamil Şıxməmməd oğlu 25.12.1978, 39. Şahmuradov Rəvan Dilşad oğlu 14.07.1999, 40 .Tağıyev Nurağa Davud oğlu 20.04.2020, 41. Tarverdiyev Qürbət Rasim oğlu 21.05.1998, 42. Veyisov Kərəm Səttar oğlu 11.12.1998, 43. Xurşudov Nazir Müxənnət oğlu 01.02.1985, 44 . Yarıyev Elsevər Qalib oğlu 25.09.1986, 45. Ağayev Elvin Valeh oğlu 25.11.1997 və 46. Gizir Səmədov Mais Şadıbəy oğlu 28.07.1977.

Xaçmazı parlamentdə təmsil edən millət vəkili Eldəniz Səlimov öz növbəsində Xaçmazlı Şəhidlər də daxil olmaqla, bütün Şəhidlərlə fəxr etdiyini, qürur hissi keçirdiyini bildirib:

“Şəhidlərimiz hər birimizin qüruru, fəxr, iftixar mənbəyidir. Onlar bizim baş tacımız, müqəddəs and yerimizdir.

Böyük və dahi şairimiz, İstiqlal mücahidlərimizdən olan Bəxtiyar Vahabzadənin hər birimizin dillər əzbərinə çevrilən “Şəhidlər” şeirində deyildiyi kimi:

İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.

Bəli, Şəhidlərimiz öz qanları, öz canları, öz cəsədləri, öz igidlikləri ilə torpağın bağrına Azadlıq toxumu səpdilər, Vətəni Vətən etdilər, Vətəni 32 ildən sonra öz azadlığına, öz torpaqlarına, Qarabağına qoşuvdurdular. Onlar Tarix yazdılar, onlar Dastan yazdılar, onlar Dastana çevrildilər.

Elə bir Tarix yazdılar, elə bir Dastana döndülər ki, onlar haqqında illərlə, on illərlə, yüz illərlə, əsrlərlə danışılacaq, yazılacaq, onların qəhrəmanlğından, şücaətindən bəhs ediləcək, onlardan öyrəniləcək, onlardan bəhrələniləcək.

Onlar dünya hərb elmində yeni səhifə açdılar, onlar dünya hərb elminə yeniliklər gətirdilər. Onlar həm özlərini ucaltılar, həm də Ucalıqları ilə Azərbaycanı ucaltdılar bir daha. Özləri ilə birgə Azərbaycanın adını Tarixə qızıl hərflərlə həkk etdirdilər.

Onlar haqqında nə qədər danışsaq, nə qədər bəhs etsək, yenə də azdır. Cild-cild, qat-qat kitablar, əsərlər, saatlar, günlər, həftələr belə bəs, kifayət etməz. Hər biri ayrılıqda bir əsər, bir dastandır.

Hər birinə Allahdan rəhmət, ailələrinə səbir diləyir, “Azərbaycan xalqı yaşadıqca, siz də yaşayacaqsınız, Azərbaycan var oilduqca, siz də var olacaqsınız” deyirik. Məkanları cənnətlik, məzarları behiştlik olsun. Qanları, qisasları yerdə qalmadı, qoyulmadı”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ürəyim bacı, sağ qayıtsam, özüm sənə xüsusi ad günü keçirəcəm”… Bu, onun son sözü oldu…Məlik bacısına hər zaman, “ürəyim, bacım” deyərdi…O, bizim hər zaman ürəyimizdə yaşayacaq!”-QƏNİRƏ PAŞAYEVA ŞƏHİD MƏLİK ZÜLFÜQAROVUN ANASI İLƏ GÖRÜŞDÜ

Read Next

Azərbaycanda karantin rejimi sərtləşdirildi-BU GÜNDƏN…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir