İkinci Vətən Müharibəsinin daha bir İgidi və Qazisi-EMİL AZƏR OĞLU QOCAYEV!

Düzünü deyim və etiraf edim ki, dünənəcən Emil haqqında heç nə bilmirdim, barəsində heç nə eşitməmişdim…

Onun haqqında ilk dəfə və dünən Qazimiz Müzəffər Abbasovdan eşitdim…

Hər ikisi də Buzovnada Sanatoriya və Reabilitasiya Mərəzində müayinə-müalicə olunur, reabilitasiya prosesindən keçirlər…

Müzəffər dedi ki, Qazimiz Emil Azər oğlu Qocayev Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb…

Minamyot qəlpələrindən bədəninin sol tərəfi iflic olub, həm də nitq qabiliyyətini itirib, nitqi pozulub, çox çətinliklə danşır (mənimlə də vatsap üzərindən danışanda çox çətinliklə, qırıq-qırıq danışırdı)…

Bəli, Müzəffərin də dediyi kimi, Qazimizin səhhətində çox ciddi problemlər var, qalır…

Bu yerdə qeyd edim ki, Qazimiz, Qazi balamız 1997-ci ilin fevralın 5-də Qəhrəman Tovuzun Aşağı Quşçu kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib…

Orta məktəbi əla qiymətlərlə başa vutub, ali məktəbə-Gəncə Texnologiya Universitetinə daxil olub və oranı da müvəffəqiyyətlə başa vurub…

Qazimiz ailədə də iki uşaqdırlar, bir qardaş, bir bacı…

2020-ci ilin sentyabrın 21-də də çağırışla səfərbərliyə çəlb olunub və sentyabrın 27-dən, İkinci Vətən Müharibəsinin ilk günündən, ilk saniyəsindən də döyüşlərdə, müharibədə iştirak edib…

Döyüş yolu Füzuli istiqamətində olub…

Döyüşüb, vuruşub və oktyabrın 26-da Füzuli istiqamətində ağır döyüşlərinin birində çox ağır şəkildə yaralanıb…

Həmin vaxtdan bu günə kimi, yəni, təxminən 4 ay yarım ərzində də xəstəxanalarda, hospitallarda yatıb, hazırda da müalicə-müayinədədir…

Ancaq səhhətində hələ də ciddi problemlər qalmaqda, davam etməkdədir…

Deyəsən, təltifi (medalı) də yoxdur, dəqiq bilmir…Yoxdursa, çox təəssüf…

Qardaş Türkiyədə müalicəsinə, əməliyyata ehtiyacı var və inanırıq ki, YAŞAT tərəfindən Qazimizin durumu nəzərə alınacaq, arzusu reallaşdırılacaq, Türkiyə göndəriləcək…

İgid, Qəhrəman Qazimizə tezliklə sağlamlığına qovuşmasını, tam da olmasa, əvvəlki sağlamlığını bərpa etməsini arzulayıram, arzulayırıq…

Allah köməyin və yardımçın olsun, Qazi balamız, Qazi Emil!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ölkəmizin sədrliyi ilə Qoşulmama Hərəkatı COVİD-19 peyvəndinə çıxışın təmin olunmasına dair sənəd-QƏBUL ETDİ – XİN

Read Next

“Bu gün dünyanın ən gözəl çiçəkləri də, dilimizdəki ən qiymətli sözlər də Sizə ünvanlanır, Əziz Şəhid Anaları!”-MƏLAHƏT İBRAHİMQIZI YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir