Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Azərbaycan hökuməti bütün maliyyə çətinliklərinə baxmayaraq, ildə yüz nəfər istedadlı gənci xaricdə reytinqli universitetlərə oxumağa göndərməlidir”.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə (MM) büdcə zərfinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, “Xaricdə təhlis Dövlət Proqramı”na əsasən 2015-ci ilədək beş min tələbə xaricdə təhsil almalı idi:
“Ancaq bu proqram sonadək yerinə yetirilmədi, cəmi 3700 tələbə xaricə təhsilə göndərildi və onların da əksəriyyəti ölkəyə qaytımadı, xaricdə qaldılar. Hələ Heydər Əliyev azərbaycanlı gəncləri zamanında “inoqradnı” adı ilə SSRİ-nin müxtəlif ali məktəblərinə göndərirdi. Onların da böyük qismi keçmiş sovet ölkələrində qalırdılar və indi bizim diasporanın əsasını təşkil edirlər. Ona görə də təklif edirəm ki, maliyyə çətinliyinə baxmayaraq, hökumət ildə 100 istedadlı gəncin xaricdəki reytinqli ali məktəblərdə təhsil almasına şərait yaratmalıdır”.
Millət vəkili eyni zamanda, “repetitorluq institutu” ilə bağlı məsələyə toxunaraq bildirib ki, bu gün elə bir tələbə yoxdur ki, repetitorsuz ali məktəbə daxil olsun:
“Sorğu aparsaq görərik ki, bir nəfərdə repetetorsuz ali məktəbə daxil olmayıb. Bunun səbəbi odur ki, məktəbdə müəllimlər proqram üzrə dərs keçir, repetitoralr isə test üsulu ilə keçirlər. Ona görə yaxşı olar ki, təhsil sahəsində də islahatlar aparılsın, məktəblərdə də dərsləri müəllimlər test üsulu ilə tədris etsinlər və şagirdlərə test üsulu ilə dərs keçsinlər”.
Etikxeber.az