“Övladları məktəblərə gedən ailələrə ildə bir dəfə müavinət verilsin” – DEPUTAT – YENİLƏNİB

Azərbaycanda həyata keçirilən islahatlar prosesi, astranomik işlər hamımızın gözü qarşısındadır. Hər gün növbəti yeniliklərlə, uğurlarla, nailiyyətlərlə rastlaşırıq, qarşılaşırıq. Bu yeniliklər, bu uğurlar, bu islahatlar, bu nailiyyətlər bizim  hər birimizin həyatında, yaşayışnda da hiss olunur, öz müsbət təsirini ortaya qoyur. Bunlar hamısı da ölkə prezidenti tərəfindən aparılan müdrik və uzaqgörən siyasətin nəticələri, bəhrələri, töhfələridir. Hər birimiz buna görə dövlətimizə, dövlət rəhbərimizə minnətdarıq.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında professor, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

O, eyni zamanda, “uşaqpulu” məsələsinə də toxunub.

Qeyd edib ki, yerlərdə insanlarla, seçicilərlə görüşlərdə ən çox qaldırılan məsələlərdən biri məhz “uşaqpulu” məsələsidir:

“Elə bir insan yoxdur ki, bunu bizdən soruşmasın. Hesab edirəm ki, bu məsələnin də hansısa formada həlli lazımdır. Xüsusilə də, övladları birinci sinifə gedən ailələr bu məsələdə çətinlik çəkirlər. Onlar övladlarına məktəb geyimləri, məktəb ləvazimatları almaqda bəzən çətinlik yaşayırlar. Hamısının heç də maddi durumu buna imkan vermir. Ona görə yaxşı olar ki, heç olmasa, ildə bir dəfə, özü də avqust ayında övladları birinci sinifə gedən ailələrə sosial müavinətlər verilsin. Bu, “uşaqpulu” məsələsinin həlli yolunda bir addım ola bilər”.

jalllaaa

***

araz

Onun fikirləri həmkarı Araz Əlizadə tərəfindən də dəstəklənib.

O da bildirib ki, hara gedirlərsə onlardan valideynlər “uşaqpulu” məsələsini soruşurlar:

“Gəlin çoxuşaqlı ailəni 3 uşaqla hesablayaq. Bu, bütün dünyada belədir. Hər ay dövlət uşağı olan ailəyə ya 100, ya 200 manat pul verməlidir. Həmin uşaqlar vətən üçün böyüyürlər. Sabah orduya çağıracaqlar. Deyəcəklər ki, gəl vətəni qoru, canından keç. Bəs, o uşaq sual verməzmi ki, bəs Vətən mənim nə edib? Analar əlinə zənbil alıb küçələri gəzib meyvə-tərəvəz satıb balalarını dolandırmalı deyil. Anaların əsas vəzifəsi uşağını tərbiyə etməkdir. Ancaq ana bu işləri görürsə, tərbiyəyə yer ayıra bilməz”.

 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

İSMİXAN MÜƏLLİMİN XATİRƏSİNƏ – Akademik yazdı

Read Next

“Qiymətlər çox böyük sıçrayışla artır…” – ARAZ ƏLİZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir