“İldə yüz nəfər istedadlı gənc xaricdə reytinqli universitetlərə göndərilməlidir” – TƏKLİF

“Azərbaycan hökuməti bütün maliyyə çətinliklərinə baxmayaraq, ildə yüz nəfər istedadlı gənci xaricdə reytinqli universitetlərə oxumağa göndərməlidir”.
 Etikxeber.az  xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə (MM) büdcə  zərfinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, “Xaricdə təhlis  Dövlət Proqramı”na əsasən 2015-ci ilədək  beş min tələbə xaricdə təhsil almalı idi:
“Ancaq bu proqram sonadək yerinə yetirilmədi, cəmi 3700 tələbə xaricə təhsilə göndərildi və onların da əksəriyyəti  ölkəyə qaytımadı, xaricdə qaldılar. Hələ Heydər Əliyev azərbaycanlı gəncləri zamanında “inoqradnı” adı ilə SSRİ-nin müxtəlif ali məktəblərinə   göndərirdi. Onların da böyük qismi keçmiş sovet ölkələrində qalırdılar və indi bizim diasporanın əsasını təşkil edirlər. Ona görə də təklif edirəm ki, maliyyə çətinliyinə baxmayaraq,  hökumət ildə 100 istedadlı gəncin  xaricdəki reytinqli ali məktəblərdə təhsil almasına şərait yaratmalıdır”.
 Millət vəkili eyni zamanda, “repetitorluq institutu” ilə bağlı məsələyə toxunaraq bildirib ki, bu gün elə bir tələbə yoxdur ki, repetitorsuz ali məktəbə daxil olsun:
“Sorğu aparsaq görərik ki, bir nəfərdə repetetorsuz ali məktəbə daxil olmayıb. Bunun səbəbi odur ki, məktəbdə müəllimlər proqram üzrə dərs keçir, repetitoralr isə  test üsulu ilə  keçirlər. Ona görə yaxşı olar ki,  təhsil sahəsində də  islahatlar aparılsın, məktəblərdə də dərsləri müəllimlər test üsulu ilə tədris etsinlər və şagirdlərə test üsulu ilə dərs keçsinlər”.
 Etikxeber.az

Read Previous

“İdmana bu qədər vəsaitin ayrılmasına indi nə ehtiyac var?” – DEPUTAT

Read Next

Ağamalı və Həsənquliyevdən Qurbanova dəstək gəldi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir