“İşimi bəyəndinizmi?…”-Tramp – İLHAM ƏLİYEV YAXIN ŞƏRQ SÜLH SAMMİTİNDƏ İŞTİRAK ETDİ… – FOTOLAR – YENİLƏNİB

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamladı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdə olub.

Dövlət başçısı oktyabrın 13-də Sammitin keçirildiyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını qarşıladı, sonra birgə foto çəkdirildi.

Daha sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını salamladı.

Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdirdilər.

Sonra Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdirdilər.

Sammitdə Prezident Donald Tramp Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə toxunaraq dedi:

“Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi? Bəs Sizin həmkarınız haradadır? Budur, buradadır. Siz ikiniz artıq yola gedirsiniz, elə deyilmi? Onlar 32 il müharibə etdilər, biz isə bir saata bu məsələni həll etdik, elədirmi?İndi onlar yola gedirlər, bu, yaxşıdır, düşünürəm ki, bu əladır.

X X X

Sonra sülh sazişinin imzalanması mərasimi oldu.

Etikxeber.az

Read Previous

Bu gün Anım günləri olan Bakılı, Səbailli İkinci Vətən Müharibəsi Şəhidləri-TƏK OĞUL MURAD QURBANOV VƏ AİLƏNİN ÜÇ OĞLAN ÖVLADINDAN, ƏKİZ QARDAŞLARDAN BİRİ ƏLİ TAĞIYEV… – FOTOLAR – YENİLƏNİB

Read Next

“Bala, beş ildir yolunu gözləyirəm…Beş ildir sənsiz hər gün ölüb-dirilirəm…Deyirəm, gözləyirəm ki, birdən balam qayıdıb gələr…Amma gəlmirsən…”-Oktyabrın 14-də dünyaya gələn və oktyabrın 14-də Şəhadətə ucalan Heybullah Əsdiyev, Anım Günü olan Yusif Nəcəfov və ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN DÖRD İL KEÇƏN, NƏŞİ BİR İL YEDDİ GÜNDƏN SONRA TAPILAN İXTİYAR ƏLİYEV… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir