İlham Əliyev Ərdoğana və Bozkıra-MƏKTUB GÖNDƏRDİ – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Etikxeber.az-ın məlumatına görə, məktubda deyilir:

“Əziz Qardaşım,

Qardaş Türkiyə Respublikasının nümayəndəsi cənab Volkan Bozkırın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Sədri vəzifəsinə seçilməyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyiniz altında həyata keçirilən Türkiyə diplomatiyasının ardıcıl və uğurlu fəaliyyəti sayəsində ölkəniz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Şəxsi təşəbbüsünüzün nəticəsində BMT sistemi tarixində Türkiyə nümayəndəsinin ilk dəfə belə mühüm vəzifəyə seçilməsi xəbəri bizi olduqca sevindirdi.

Əminəm ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri birgə səylərimizlə çoxtərəfli müstəvidə də uğurla davam edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim rifah diləyirəm”.

***

Prezident həmçinin, V. Bozkıra təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Bozkır,

Birləşmiş Millətlər Təşkilatının yaranmasının 75 illik yubileyi ərəfəsində Baş Assambleyanın Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

BMT sistemi tarixində qardaş Türkiyə Respublikasının nümayəndəsinin belə yüksək vəzifəyə seçilməsi bizi olduqca sevindirir.

Azərbaycan Respublikası həm BMT-nin üzvü, həm də Qoşulmama Hərəkatının hazırkı sədri qismində Sizinlə yaxından əməkdaşlıq etməyə, əlaqələrimizi hərtərəfli genişləndirməyə hazırdır.

Əminəm ki, Sizin diplomatiya sahəsindəki peşəkarlığınız, çoxillik təcrübəniz Baş Assambleyanın qarşısında duran vəzifələrin icrasına mühüm töhfə verəcək, dünyada multilateralizmin inkişafına xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar arzulayıram”.

Etikxeber.az

Read Previous

“Mübarizin ata evini ziyarət etdim, atası Hacı Ağakərim kişi ilə söhbət edib bir daha başsağlığı diləklərimi çatdırdım…”-BƏHRUZ MƏHƏRRƏMOV – FOTOLAR

Read Next

“İnformasiya əsrində tarixi gerçəklərin gizlədilməsi və saxtalaşdırılması artıq mümkün olmayacaq!”-ELNUR ALLAHVERDİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir