İlham Əliyev-AVROPA İTTİFAQI RƏSMİSİ İLƏ NƏDƏN DANIŞDI? – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Etikxeber.az xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə edildi, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunuldu.

Həmçinin, bu yaxınlarda Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti toplantısında Avropa İttifaqının yüksək səviyyədə iştirak etmək niyyətində olmasının önəmi vurğulandı və əlaqələrimizin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

“Avropa təşkilatlarının seçkiyə münasibəti bir xeyli müsbətə doğru dəyişib”- POLİTOLOQUN BAXIŞI

Read Next

4 Dairənin nəticələri ləğv olundu-HADİ RƏCƏBLİ, ÇİNGİZ QƏNİZADƏ, HÜSEYNBALA MİRƏLƏMOV VƏ RAUF ARİFOĞLUNUN QƏLƏBƏSİ TANINMADI…- YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir