İlham Əliyev Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək əzmini-BİR DAHA TƏSDİQLƏDİ – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Etikxeber.az xəbər verir ki, dövlətimizin başçısı bu yaxınlarda ABŞ Dövlət katibi Antoni Blinkenlə keçirdiyi telefon söhbəti zamanı qaldırılmış məsələlər ətrafında fikir mübadiləsini davam etdirdi.

Prezident İlham Əliyev Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqlədi və tezliklə danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

Hərbi və mülki sahələrdə dünyanın ən qabaqcıl şirkətlərindən biri olan “Leonardo” şirkəti ilə əməkdaşlıq məsələləri-MÜZAKİRƏ EDİLDİ – FOTO

Read Next

Şəhidliyindən öncə atasını itirən, Şəhidliyindən sonra isə anası vəfat edən-ŞƏMKİRLİ, CƏMİ 4 AYIN ƏSGƏRİ ANAR KAZIMOVUN BU GÜN ANIM GÜNÜDÜR…ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 1 İL KEÇİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir