Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Prezident İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparacaq Azərbaycan yığma komandalarının üzvləri ilə görüşündə Bakıda artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsinin bir ənənəyə çevrildiyini söyləyib.
Etikxeber.az-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, Azərbaycanda Avropa, dünya çempionatları keçirilir və çox uğurla keçirilir. O, Azərbaycanın artıq dünyada inkişaf etmiş ölkə kimi tanındığını da vurğulayıb. Prezident sonra bildirib: “Azərbaycana gələn qonaqların demək olar ki, mütləq əksəriyyəti öz vətənlərinə ən xoş təəssüratlarla qayıdırlar. Əminəm ki, bu Olimpiadada iştirak edəcək bütün şahmatçılar şəhərimizlə, ölkəmizlə tanış olacaqlar, bu iki həftə ərzində Azərbaycanı sevəcəklər və ondan sonra ola bilər ki, turist kimi də ölkəmizə qayıdacaqlar”.
Dövlət başçısı həmçinin qeyd edib ki, beynəlxalq idman yarışlarının keçirilməsi Azərbaycanın gücünü, Azərbaycana olan hörməti göstərir. “Ötən il birinci Avropa Oyunları çox böyük uğurla keçirilmişdir. Deyə bilərəm ki, Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Bu il “Formula-1” yarışı keçirilmişdir ki, bunun da auditoriyası 500 milyon insandır. Gələn il isə İslam Həmrəyliyi Oyunları keçiriləcək və bu gün Şahmat Olimpiadası başlayır”- deyə, İ. Əliyev diqqətə çatdırıb.
Etikxeber.az