“Bu qanlı cinayətləri qətiyyətlə pisləyirik…”-İlham Əliyev Dağıstan rəhbərinə və Putinə-BAŞSAĞLIĞI VERDİ – YENİLƏNİB

Prezident İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubu ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Sergey Alimoviç.

Dərbənddə və Mahaçqalada törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu ağır itkinin kədərini bölüşərək, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıram”.

11:00

***

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

Dağıstanda törədilmiş terror aktları nəticəsində dinc vətəndaşların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həlak olması xəbəri məni dərindən sarsıtdı.

Bu qanlı cinayətləri qətiyyətlə pisləyir, terrorizmin bütün forma və təzahürləri ilə mübarizəni dəstəkləyirik.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, bütün zərərçəkənlərin tezliklə şəfa tapmasını arzulayıram”.

Etikxeber.az

Read Previous

Cinayətkar ailə üzvlərini önə verərək 3 polis əməkdaşını və 1 mülki şəxsi qətlə yetirdi-DAXİLİ İŞLƏR NAZİRLİYİ QƏTLƏ YETİRİLƏN ƏMƏKDAŞLARININ ADLARINI AÇIQLADI – FOTO – YENİLƏNİB

Read Next

Prezident dövlət qulluqçularını təltif edib-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir