İlham Əliyev Giorgi Qaxariyaya zəng və-ONU TƏBRİK ETDİ

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya telefonla zəng edib. 

Etikxeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Giorgi Qaxariyanı hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Gürcüstanın Baş Naziri təbrikə görə dövlət başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin gələcək perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Etikxeber.az

Read Previous

“Ərdoğanın təlimatı, tapşırığı ilə gəlmişəm: Hər gün özü ilə danışırsınız, ən azı gündə iki dəfə, amma yenə də Sizə salamlarını göndərdi… Bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya – Bakıya gedin və birlikdə hərəkət edin…”-MÖVLUD ÇAVUŞOĞLU – FOTO

Read Next

“Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub…”-MÜDAFİƏ NAZİRLİYİ – AĞDAM VƏ TƏRTƏR YENİDƏN ATƏŞ ALTINDA – NAZİRLİKDƏN TƏKZİB – DÜŞMƏNİN DAHA İKİ “QRAD”I MƏHV EDİLDİ -YENİLƏNİB – (3) – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir