İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi – FOTO – YENİLƏNİB

Ölkə Prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.

Etikxeber.az məlumat verir ki, Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub.

heydar-ilya-heydar

Sonra dövlət himni səslənib.

Dövlət başçısı və ailə üzvləri akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Ziyarətdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Etikxeber.az

 

Read Previous

Millət vəkilləri Heydər Əliyev haqda: “Azərbaycanın söykəndiyi dağdı… “

Read Next

“Bu, həm də Heydər Əliyevin ruhu qarşısında bir hesabatdır…” – BAHAR MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir