İlham Əliyev İran Prezidentinin vəzifəsini icra edən Məhəmməd Moxberlə-TELEFONLA DANIŞDI VƏ…

İyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxber arasında telefon danışığı olub.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumat yayıb.

Telefon danışığı əsnasında dövlətlərimiz arasında tarixi dostluq, qonşuluq və xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcud olduğu bir daha vurğulanıb.

Söhbət zamanı Prezident İlham Əliyev ilə İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan-İran sərhədində keçirilmiş görüşü, görüşdə aparılmış müzakirələrin və əldə edilmiş razılaşmaların əhəmiyyətinə toxunulub. Qeyd edilib ki, bir çox önəmli məsələlərin müzakirə edildiyi həmin görüşdə əlaqələrimizin inkişafının gələcək istiqamətləri və hər iki tərəfin güclü siyasi iradəsi bir daha təsdiqlənib. Azərbaycanın bu görüşdə əldə edilmiş razılaşmalara tam şəkildə sadiq olduğunu deyən dövlətimizin başçısı bildirib ki, ölkəmiz onların icrası istiqamətində İran İslam Respublikası ilə birlikdə fəaliyyətini davam etdirəcək.

Azərbaycan Prezidenti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə bağlı İran dövlətinə və xalqına bir daha başsağlığı verib.

Başsağlığına görə təşəkkürünü bildirən Məhəmməd Moxber də öz növbəsində İran tərəfindən Prezident İlham Əliyev ilə İranın mərhum Prezidenti Seyid İbrahim Rəisinin görüşü zamanı əldə edilmiş razılaşmaların ölkələrimizin maraqlarına uyğun olaraq həyata keçiriləcəyini qeyd edib.

Telefon danışığı zamanı İran ərazisindən keçməklə Azərbaycanın Zəngilan rayonunu Naxçıvan ilə birləşdirən yol-nəqliyyat xəttinin yaradılması istiqamətində aparılan işlər də müzakirə olunub.

Etikxeber.az

Read Previous

“Qardaşım 32 il öncə, 20 yaşının tamamında, doğum günündə Şəhid oldu…Amma 32 ildir onun nəşini tapa bilmirik, itkin, məzarsız Şəhidlərimizdəndir… Böyük oğlum isə İkinci Vətən Müharibəsi iştirakçısı, müharibə veteranıdır…”-YARDIMLILI, ƏFQANISTAN MÜHARİBƏSİ VƏ BİRİNCİ QARABAĞ SAVAŞI İŞTİRAKÇISI OLAN İBAD ASTANOV – FOTOLAR

Read Next

İki bacının nəvələri və iki Şəhid, iki qardaş-biri Şəhid, biri Qazi…VƏ YA ZÜVÜÇLÜ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ŞAHİN TAHİRLİNİN AİLƏSİNİ, OCAĞINI ZİYARƏT… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir