İlham Əliyev İTV-yə maliyyə-YARDIMI AYIRDI

Prezident İlham Əliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarını yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə 640 min ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Etikxeber.az

Read Previous

“3 min Şəhidimiz Qarabağı, Şuşanı görməyə-görməyə, tanımaya-tanımaya həmin torpaqları, işğal altındakı ərazilərimizi azad etdi…”-XALQ YAZIÇISI ÇİNGİZ ABDULLAYEV

Read Next

Daha 9 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir