İlham Əliyev Kasım-Jomart Tokayevə-BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib.

Etikxeber.az xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli Kasım-Jomart Kemeleviç.

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.

Etikxeber.az

Read Previous

“İstəyirəm ki, övladım digər medallarla və ali ordenlərimizdən biri ilə də təltif edilsin”-MİNGƏÇEVİRLİ ŞƏHİD ELMİN ƏLİZADƏNİN ANASI AYNUR ƏLİYEVA DÖVLƏT RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ

Read Next

“Tarixən olduğu kimi, xalqlarımız bu gün də bir-birinin yanındadır, sevincini də, kədərini də birgə yaşayırlar”-ƏLİYEV ƏRDOĞANA TƏBRİK MƏKTUBU GÖNDƏRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir