“İlham Əliyev prinsipiallığı, ardıcıllığı, qətiyyəti ilə özü ayrılıqda Qarabağ savaşı aparır” – ƏFLATUN AMAŞOV

Azərbaycan Prezidenti cənab İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı panel müzakirədə özünün liderlik keyfiyyətlərini bir daha nümayiş etdirdi. Bütün dünya onun timsalında liderlikdə mahir diplomatik bacarıq və səriştəni nə dərəcədə böyük əhəmiyyət daşıdığını gördü. Cənab Prezident həmçinin tarixi faktların siyasət meydanına daşınmasının ustalıq nümunəsini ortaya qoydu.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov dilə gətirib.

O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan dövləti əsl əzmkarlıq göstərir.

“Mövcud istiqamətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər var. Amma cənab İlham Əliyev prinsipiallığı, ardıcıllığı, qətiyyəti ilə özü ayrılıqda Qarabağ savaşı aparır. Çıxışları, fikirləri ilə dünyaya Azərbaycanın dirənişinin, bir qarış torpağını belə güzəştə getməyəcəyinin əminliyini aşılayır. Bu cür mübarizlik ruhu bütöv bir ordunun müharibə meydanında görəcəyi iş qədər müstəsna əhəmiyyət daşıyır. Və bu ruhun qarşısında aciz duruma düşməyin Nikol Paşinyan obrazı da var. Beynəlxalq ictimaiyyət bir daha o obrazın arqumentsizliyini, haqsızlığını, ucuz populizmini gördü…”-deyə, Ə.Amaşov qeyd edib.

Etikxeber.az

Read Previous

“Heç birimiz vida nitqini sona çatdıra bilmədik…” – MUSA URUD YAZDI – FOTOLAR

Read Next

Onlarla Müsavatçı və xeyli deputatlığa namizəd-SAXLANILDI – ARİF HACILI SƏRBƏST BURAXILDI – MÜSAVAT BƏYANAT VERDİ – FOTOLAR – YENİLƏNİB – (8)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir