İlham Əliyev Rusiya prezidentini və Rusiya xalqını-TƏBRİK ETDİ

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda Prezidentin Mətbuat Xidmətinin məlumatında deyilir.

Prezident İlham Əliyev Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Rusiya Prezidentini və dost Rusiya xalqını təbrik edib.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində, bayram münasibətilə Azərbaycan Prezidentinə və dost Azərbaycan xalqına təbriklərini çatdırıb.

Dövlət başçıları koronavirusla mübarizə istiqamətində görülən işlər və ölkələrimizin bu sahədə əməkdaşlığı barədə fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Etikxeber.az

Read Previous

“Bayrağımızın Suşada, Qarabağ torpaqlarında dalğalanacağı günü gözləyirik və həmin günün gələcəyinə hər birimiz əminik”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

Prezidentlə Birinci xanım Böyük Vətən müharibəsində həlak olan Azərbaycan övladlarının xatirəsini andı-YENİLƏNİB – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir