İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün oktyabrın 9-da Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

Etikxeber.az xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Dövlət başçısı fəxri qarovul dəstəsini salamladı.

Azərbaycan Prezidentini Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

ilya-22

Etikxeber.az

Read Previous

“Azərbaycanlıların əksəriyətinin simpatiyası Saakaşvilidə idi…” – POLİTOLOQ

Read Next

Türkiyədə törədilən növbəti terraktda ölənlərin sayı 18-ə catdı – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir