İlham Əliyevlə Fatma Hüseynova arasında maraqlı dialoq yaşandı: “Eşidən də deyir Allah Prezidentin köməyi olsun ki…”- FOTOLAR

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq tarlası ilə tanış olub.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, İlham Əliyev əvvəlcə pambıqçılarla görüşüb. Sonra onunla Fatma Hüseynova arasında maraqlı dialoq yaşanıb:

Fatma HÜSEYNOVA : Özüm ali təhsilli aqronomam. Mən bunun sentnerini hesablamışam, təxminən 35-40 sentner arasında məhsul olacaq. Ümumiyyətlə, bizim Sabirabadda pambıq pis deyil.

İlham ƏLİYEV: Amma son vaxtlar az əkilir. Ona görə gəlmişəm ki, bərpa edim.

Fatma HÜSEYNOVA: Bəli, bunu bərpa etmisiniz. Allah Sizə ömür versin. Bax, bu, qızların çörəyidir, həyatıdır. Vallah, hamısı sevinir. Eşidən də deyir Allah Prezidentin köməyi olsun ki, bunu bərpa etdi, təzədən qaytardı.

 İlham ƏLİYEV: Mənə məlumat verilib ki, bu il altı min hektar əkilib. Gələn il 15 min hektar olacaq.

Fatma Hüseynova 15 hektar sahədə yaxşı məhsul yetişdirmək üçün onlara hər cür şərait yaradıldığını bildirib. O, mərhum Heydər Əliyevin bu tarlalara gəlişini xatırladıb, yerli sakinlərin həmin səfərləri və ümumiyyətlə, onun xatirəsini daim ehtiramla yad etdiklərini diqqətə çatdırıb.

Sonra söhbət çay süfrəsi arxasında davam etdirilib.

Fatma Hüseynova mərhum Heydər Əliyevin Sabirabada səfərlərinin birində çəkilmiş fotoşəkli və səfərə həsr edilmiş yerli “Muğan” qəzetinin bir nüsxəsini dövlətimizin başçısına təqdim edib.

Pambıqçılar Prezident tərəfindən pambıqçılığın yenidən dirçəldilməsi ilə bağlı təşəbbüsünü mühüm hadisə kimi dəyərləndiriblər.

Prezident : Biz indi pambığın inkişafını planlı şəkildə aparmalıyıq. Ona görə, indi işlər görülür, qısa müddət ərzində tədbirlər həyata keçirilib, texnika gətirilib, suvarma işləri təmin edilib. Ancaq bizim əsas işimiz gələn il olacaq. Gələn ilə hazırlıqlar ciddi gedəcək. Vaxtımız da çoxdur. Əgər bu il təxminən 51 min hektar əkilibsə, gələn il ölkə üzrə təqribən 120-130 min hektar əkilməlidir. Bu da iş yerləri deməkdir. İnsanları işlə təmin etmək üçün bu, çox vacib sahədir. Yaxşı pul alacaqlar.

fatma

ilham-pam-1

ilham-pambiq

Etikxeber.az

Read Previous

“65 min tondan artıq xam pambığın toplanması gözlənilir ki, bu da tədarük ediləcək məhsulun 65 faizi deməkdir”- “MKT İstehsalat Kommersiya” MMC

Read Next

Heydər Əliyev adına neft emalı zavodunda yeni bitum istehsalı qurğusunun illik istehsal gücü 400 min ton olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir