İlham Əliyev Ərdoğana-BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Etikxeber.az xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!”

Etikxeber.az

Read Previous

XİN Türkiyəyə başsağlığı verdi-TÜRKİYƏDƏKİ SƏFİRLİYİMİZ BU ÖLKƏDƏKİ AZƏRBAYCAN VƏTƏNDAŞLARINA MÜRACİƏT ETDİ – YENİLƏNİB

Read Next

“Yanındayıq, atam, anam, bacım, qardaşım, oğlum, qızım!”-JALƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir