İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi – YENİLƏNİB – (1) – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad etdilər.

Etikxeber.az xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

***

sehid-ilya

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etdilər.

***

sehid-ilya-1

sehid-ilya-2

 

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Milli Məclisin sədri Oqtay Əsədov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.

Etikxeber.az

Read Previous

Qanlı və Şanlı 20 Yanvar hadisələrindən 28 il keçir…

Read Next

“Düşmənlərimizin qarşısında hər zaman güclü olmalıyıq…” – SƏFİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir