İlham Əliyev Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının Baş katibini-QƏBUL ETDİ – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (ICAPP) Baş katibi Cho Byunq-jaeni qəbul etdi.

Etikxeber.az xəbər verir ki, qonaq Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə dövlətimizin başçısını təbrik etdi.

O, Partiyanın əldə etdiyi uğurlar və ölkəmizin qazandığı mühüm nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirdi.

Görüşdə ICAPP-ın sabah Bakıda keçiriləcək “Sülh və təhlükəsizlik: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının əhəmiyyəti vurğulandı.

Söhbət zamanı ölkəmizin Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının fəaliyyətinə həmişə mühüm töhfələr verdiyi qeyd edildi, uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.

Etikxeber.az

Read Previous

Ailənin tək və subay oğlu, 3 medallı, orden Haqqı hələ də tanımayan-MİNGƏÇEVİRLİ RUSLAN CƏFƏRLİNİN BU GÜN ANIM GÜNÜDÜR – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Prezident İlham Əliyev Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədri ilə-GÖRÜŞDÜ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir