İlham Əliyev Avstriyanın və İsveçrənin yeni seçilmiş prezidentlərini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın yeni seçilmiş Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu göndərib.

Etikxeber.az-ın məlumatına görə, məktubda deyilir:

“Ümidvaram ki, Azərbaycan-Avstriya dostluğu və əməkdaşlığının daha da möhkəmlənməsi, əlaqələrimizin bütün sahələrdə dərinləşməsi yolunda birgə səylər göstərərək ikitərəfli münasibətlərimizin inkişafına yeni töhfələr verəcəyik”.

Dövlət başçısı Avstriyanın yeni seçilmiş Prezidentinə ən xoş arzularını yetirib, dost Avstriya xalqının rifahı naminə qarşıdakı fəaliyyətində ona uğurlar diləyib.

Prezident həmçinin, İsveçrənin yeni seçilmiş Prezidenti xanım Doris Loytharda ünvanladığı təbrik məktubunda isə deyilir:

“Biz Azərbaycan ilə İsveçrə arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələrin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.

Dövlət başçısı İsveçrənin yeni seçilmiş Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.

Etikxeber.az

Read Previous

Rusiyadan Azərbaycana quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Read Next

İsmail Kahraman Azərbaycana gəlir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir